Perpendikulyar

Perpendikulyarhəndəsədə iki düz xətt və ya iki müstəvinin (və ya bir düz xətt və bir müstəvi) kəsişdiyində əmələ gətirdikləri qonşu bucaqlar bir-birinə bərabərdirsə kəsişən fiqurlar perpendikulyar olaraq qəbul edilir.

AB düz xətt parçası CD parçasına perpendikulyardır, çünki əmələ gətirdikləri (narıncı və mavi ilə göstərilmiş) iki bucaq da 90 dərəcədir.

Perpendikulyarlıq simvolu

Perpendikulyarlıq simvolu -dır. Məsələn, AB düz xəttinin CD düz xəttinə perpendikulyar olduğunu göstərir.

Perpendikulyar düz xətt çəkmə

P nöqtəsindən AB düz xəttinə çəkilən perpendikulyar düz xətt (mavi).

P nöqtəsindən AB düz xəttinə pərgarxətkeşdən istifadə edərək perpendikulyar çəkmək üçün aşağıdakı mərhələlər tətbiq edilməlidir:

  • 1 (qırmızı): AB düz xətti üzərində P-dən bərabər məsafədə A' və B' nöqtələrini müəyyən etmək üçün P mərkəzli bir çevrə qövsü cızın.
  • 2 (yaşıl): İkisi də P nöqtəsindən keçən A' və B' mərkəzli iki çevrə qövsü daha cızın. Bu iki qövsün digər kəsişdiyi nöqtəni Q adlandıraq.
  • 3 (mavi): P və Q nöqtələrini birləşdirən perpendikulyar PQ düz xəttini çəkin.

Xarici keçidlər

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.