Perlit

Perlit — tərkibində 3–4%-dək konstitutsion (bağlı) su olan konsentrik-qabıqlı perlit quruluşlu, riolit və riodasit tərkibli vulkan şüşəsi növü. 1000–1200 °C temperaturda perlit sürətlə şişir və qapalı məsamələri olan yüngül material əmələ gəlir. Bu material beton, odavamlı sement, boya, plastmas, asfalt istehsalında doldurucu, habelə səs və istilik keçirməyən material kimi istifadə edilir. Azərbaycan Respublikasında perlit iri yatağları Kəlbəcər rayonunda yerləşir.

Həmçinin bax

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.