Periandr
Periandr (e. ə. VII əsr, Korinf – təq. e.ə. 585[1], Korinf) — Yunanıstanın yeddi müdrikindən biri.
Korinfli Periandr | |
---|---|
Periandr | |
Doğum tarixi | e. ə. VII əsr |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 585[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Korinfdə çar ailəsində doğulub, şəhərin tiranı olmuşdur. Ana tərəfdən də çar nəslindəndir. Kipsey və Likofron adlı iki oğlu olub. Kiçiyi ağıllı, böyüyü ağıldan kəm imiş.[2]
Arvadını kənizinin sözü ilə hirsli vaxtı vurub öldürmüş, özünə gələndən sonra isə kənizi diri-diri yandırmışdır. Anası üçün ağlayan oğlunu Kerkir şəhərinə göndərmişdi. Hakimiyyəti oğluna vermək üçün dalınca adam göndərəndə məlum olmuşdur ki, kerkirlilər onu öldürmüşdür. Bundan qəzəblənən Periandr xeyli kerkirli gənci Lidiya çarı Aliattın yanına xacə kimi göndərmiş, ancaq onlar Somos adasına Kera məbədinə qaçıb sığınacaq istəmiş və buna nail olmuşlar.
Vəfatı
Hakimiyyət dövründə çoxlu xoşagəlməz əməllərinə görə ölərkən qəbrinin yerinin naməlum qalması üçün belə bir fənd işlətmişdir. Əvvəlcə iki nəfər cavanı göstərilən yol ilə göndərib tapşırır ki, qabaqlarına çıxan ilk şəxsi öldürüb bastırsınlar. Sonra onların ardınca dörd adam göndərir onlara da həmin iki cavanı öldürüb dəfn etmələrini, onların dalıncada bir dəstə yaraqlı yola salıb dördünü də öldürmələrini əmr edir və özü əvvəl göndərdiyi iki cavanın qabağına çıxıb onlar tərəfindən öldürülüb dəfn edilir. Bununla da o məqsədinə çatmış olur.
İstinadlar
- Mæhle I. B. Periandros (бук.). 2020.
- Dünya Filosofları (Əlisa Nicat)1995 - səh. 77