Peptidlər

Peptidlər (yunanca: "peptos" – bişmiş) – eyni və ya müxtəlif aminturşu qalıqlarının öz aralarında peptid rabitəsi ilə bağlanmasından əmələ gəlmiş birləşmələrdir. İki aminturşu qalığından əmələ gələnlərə dipeptid, üçündən əmələ gələnlərə tripeptid, dördündən əmələ gələnlərə tetrapeptid, daha çox aminturşudan əmələ gələnlərə polipeptidlər deyilir.

Tetrapeptit (Oligopeptit)

Kiçik peptidlər bütün canlı hüceyrələrdə vardır. Bir çox bioloji aktiv maddələr peptiddir; məsələn: bir sıra hormonlar, ayrı-ayrı antibiotiklər, müxtəlif toksinlər, orqanizmdə gedən fizioloji proseslərə təsir edən maddələr.

Tarixi

"Peptid" terminini elmə ilk dəfə 1905-ci ildə alman alimi Emil Fişer gətirmişdir.

Təsnifatı

Çoxlu təbii birləşmələr vardır ki, peptid rabitələri ilə birləşmiş aminturşu qalıqlarından ibarət olmasına baxmayaraq zülallarda rast gəlinmir; məsələn: D-aminturşuların qalıqları.

Kiçik peptidlər – suda yaxşı həll olan kristallik maddələrdir. Fiziki və kimyəvi xassələrinə görə o, aminturşulara yaxındır. Ali peptidlər amorfdur, su ilə kolloid məhlul əmələ gətirir. Peptidlər amfoter xassəyə malikdir, turşularda və qələvilərdə yaxşı həll olur.

Canlı orqanizmlərdə fermentlərin təsiri ilə aminturşulardan peptidlər əmələ gəlir. Kimyəvi sintez yolu ilə aminturşulardan bir sıra təbii bioloji aktiv peptidlərə quruluşca oxşar maddələr alınmışdır. Sintetik peptidlər zülalların xassələrini öyrənmək üçün sərfəli modellərdir.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.