Pentarxiya

Pentarxiya (q.yun. Πενταρχία – beş hakimiyyətlilik) — Antik dövrdə kilsənin idarəetmə sistemi. IX əsrdə rəsmi xristian kilsəsi beş patriarxlığa bölünürdü: Roma, Konstantinopol, İsgəndəriyyə, Antioxiya və Yerusəlim. Onların hər birinin başında patriarx dururdu. V əsrin sonlarından etibarən Roma patriarxı özünü "Papa" adlandırırdı. Patriarx kilsə strukturunda ən yüksək vəzifə idi. Ondan yüksəkdə Ümumdünya kilsə məclisi dururdu. Yalnız Ümumdünya kilsə məclisi patriarxı adi kilsə xidmətçisi statusuna sala bilərdi.[1]

Pentarxiyanın xəritəsi

İstinadlar

  1. "Pravoslavlıq#Tarixi". www.vahiddin.org. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.