Peloponnes, Qərbi Yunanıstan və İon adaları

Peloponnes, Qərbi Yunanıstan və İon adaları (yun. Αποκεντρωμένη Διοίκηση Πελοποννήσου, Δυτικής Ελλάδας και Ιονίου) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Peloponnes, Qərbi Yunanıstanİon adaları periferiyaları daxildir.

Desentralizasiya idarəsi
Peloponnes, Qərbi Yunanıstan və İon adaları
yun. Αποκεντρωμένη Διοίκηση Πελοποννήσου, Δυτικής Ελλάδας και Ιονίου

37°51′36″ şm. e. 21°34′37″ ş. u.


Ölkə
İnzibati mərkəz Patras
Tarixi və coğrafiyası
Yaradılıb 2011
Sahəsi 28.847[1] km²
Saat qurşağı UTC+2/UTC+3
Əhalisi
Əhalisi 1.465.554[2] nəfər (2011)
Etnik tərkib yunanlar
Dini tərkib pravoslav
Rəsmi sayt
Peloponnes, Qərbi Yunanıstan və İon adaları xəritədə

İnzibati mərkəzi — Patras şəhəridir. Baş katib (koordinator) — Dionisias Panaqiotopulus(Dionysios Panagiotopoulos).

2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir (Qanun 3852/2010)[3].

Xarakteristikaları

Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsinin sahəsi 28 847 kvadrat kilometr[1] və əhalisi 1.465.554 nəfər təşkil edir[4]. Sıxlığı 43,27 nəfər[4]. Avropanın statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturasına əsasən, Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsi digər iki periferiya ilə birlikdə və Fessaliya və Mərkəzi Yunanıstan desentralizasiya idarəsi bərabər EL6 (Mərkəzi Yunanıstan) regionunu yaradır.

İstinadlar

Ədəbiyyat

  • Ministry of Interior. Structure and operation of local and regional democracy. // Council of Europe (January 2013).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.