Pelagial çöküntülər

Pelagial çöküntülər

Pelagial çöküntülər (yun. pelagos-açıq dəniz və çöküntülər)-litoral sahəsindən kənarda, açıq okeanın dibində toplanmış çöküntülərə deyilir. Pelagial çöküntülər planktonnekton orqanizmlərinin qalıqlarından, vulkan külündən, kosmik tozdan, həmçinin materik mənşəli tozlardan əmələ gəlmişdir. Dünya okeanının dibini örtən qlobigerin, radiolyari, diatom, pteropod, foraminifor lilləri və qırmızı gil pelagial çöküntülərə aiddir.[1]

Həmçinin bax

İstinadlar

  1. Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.