Adi pekan

Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur.

Adi pekan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Adi pekan
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  19234
NCBI  32201
EOL  594985

Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir.

Carya illinoinensis

Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir. 3–10 ədəd olmaqla bir salxımda bitir. Tam yetişdikdə qərzəyi partlayır. Qəhvəyi rəngli, silindrik formalı nazik və hamar qabıqlıdır. Uc tərəfi bir qədər şiş olur. Daxilində şirin qırmızı-qəhvəyi rəngli ləpəsi yerləşir. Ləpə meyvənin 38–50%-ni təşkil edir. Pekanın tərkibində 70% yağ, 8–19% zülal, 14,3% karbohidrat və başqa maddələr vardır. Meyvələri təzə və qurudulmuş halda yeyilir.

Qənnadı sənayesində, aşpazlıqda və yağ almaq (zeytun yağına oxşar) üçün sərf edilir. Pekanın oduncağı açıq qəhvəyi rəngdə, bərk, ağır olduğundan kənd təsərrüfatı maşınları üçün müxtəlif hissələr hazırlanmasında işlədilir.[1]

Noz de pecan

Təbii yayılması

Vətəni Şimali Amerikada Missisipi çayının hövzəsinin ətrafıdır. Belarusiyada, Ukraynada, Kırımda və Qafqazda, Qara dəniz sahillərində becərilir.

Botaniki təsviri

Boyu 60 m, gövdəsinin diametri 250 sm olan ağacdır. Geniş dağınıq çadırvari çətirlidir. İri, sıx və qollu-budaqlıdır. Qabığı qalın olub, üzərində dərin çatlar əmələ gəlir. Zoğları sıx tüklüdür. Uc və yan tumurcuqları yumurtavari, tüklüdür. Yarpaqları təklələkvari olub 50 sm uzunluğundadır. Payızın son ayına kimi yaşıl rəngini saxlayır. Cavan zoğları sıx tükcüklüdür. Yarpaqları 11-17 yarpaqcıqdan ibarətdir. Yarpaqları uzunsov lansetvari, ucu sivri, kənarları mişar dişlidir. Erkəkcik sırğaları 3-3-dür, erkəkciklərinin sayı 4-6-dır və sarı rəngli tozcuqları vardır. Dişicik çiçəklərinin sayı 3-11-dir. Meyvəsi yalançı çəyirdək-meyvədir. Salxımda 3-10 ədəd birgə yerləşir. Meyvəsi iridir, yoğunluğu 3 sm-ə çatır. İşıqsevəndir, torpağa az tələbkardır, dərin və nəmli torpaqlarda yaxşı bitir. Bataqlıq torpaqları xoşlamır. Qısa müddətli şaxtaya (-250C) dözür. Toxumu qırmızımtıl qəhvəyi rənglidir. Meyvəsi noyabr ayında yetişir. Meyvəsində (ləpəsində) 50-71% yağ vardır.

Ekologiyası

Rütubətli, gilli torpaqlarda yaxşı bitir. Kölgəyə davamlıdır.

Azərbaycanda yayılması

Azərbaycanda Lənkəranda, Zaqatalada, Göyçayda tək-tək nüsxələrə rast gəlinir.

İstifadəsi

Qozaları yeyilir. Pekan qozunun ləpəsi şirindir və tərkibində asanlıqla həzm olunan 50–71% yağ vardır. Dekorativ bitki kimi tək-tək həyətyanı sahələrdə əkilir.

İstinadlar

  1. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.