Pediatriya
Pediatríya — (yun. paidos"–uşaq "treia"-müalicə)[1] Tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir[2].
Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir.[3]
Tarixçə
Xəstə və sağlam uşaq haqqında ilkin məlumatlar hələ qədim dövrlərdən məlum idi. Hindistan, Çin, Qədim Misir alimlərinin əsərlərində uşaqların qidalandırılması və onlara qulluq, bəzixəstəliklərin müalicəsinə aid məsləhətlər olduğu elmə məlum idi. Uşaqların öyrənilməsi Qalen, Əbu Əli İbn Sinanın işlə rində də öz əksini tapmışdır. Əbu Əli İbn Sina öz işlərində uşaq yaşının fiziologiya və patologiyasını təsvir etmiş, uşaqların qidalandırılmasının çox mühüm olduğunu, xüsusilədə yenidoğulmuşların ana südü ilə qidalanmasının böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
15–17-ci əsrlərdə ilk elmi işlər meydana çıxdıki, orda qızılca, göy öskürək, çiçək xəstəlikləri təsvir olunmuşdur. 1650-ci ildə F. Qlisonun raxitin əmələ gəlməsi və müalicəsi haqqında əsəri dərc olunmuşdur. Pediatriyanın inkişafında mühüm rol professor S. F. Xotovitskiyə məxsusdur. O "Uşaq xəstəlikl əri"ndən ilk dərsliyi tərtib etmişdir. "Pediatrika" adlanan bu dərslikdə o, pediatriyanın məqsəd və vəzifələrini müəyyən etmişdir. XIX əsrin axırı XX əsrin əvvəllərin də bütün inkişaf etmiş ölkələrdə pediatriya tibb fakültələrində tədrisi vacib olan bir fənnə çevrilir. Elə həmin vaxtdan başlayaraq Avropada və Rusiyada elmi mərkəzlər, pediatriya kafedraları yaradılır, pediatriya üzrə jurnal, dərslik, monoqrafiya, elmi məqalələr dərc olunmağa başlayır. 1902-ci ildə uşaq ölümü ilə mübarizə Liqası işə başlayır. Rusiyada pediatriyanın inkişafının yüksəlişi N. F. Filatov və N. P. Qundobininadı ilə bağlıdır. Pediatriya elminin inkişafına sovet alimləri A. A. Kisel, Q. N. Speranski, V. L. Molçanov, M. S. Maslov, A. F. Tur, Y. F. Dombrovskaya və s. böyük nailiyyətlər bəxş etmişdir.[4] Artur Jacobi (1830–1919) töhfələrinə görə pediatriyanın atası adlandırılır.[5] Qərb dünyasında ilk uşaq xəstəxanasının Hopital des Enfants Malades (Fransızca Xəstə Uşaqlar üçün Xəstəxana) olduğu qəbul edilir. Parisdə iyun 1802-də açılan xəstəxana əvvələr yetimxana idi.
Pediatriyanın bölmələri
Profilaktik pediatriya― Bu bölmədə müxtəlif xəstəliklərin baş verməsinin qarşısının alınmasına yönələn tədbirlər öyrənilir.
Klinik pediatriya― Bu bölmədə xəstə uşaqların xəstəliklərin müalicəsi öyrənilir aiddir.
Elmi pediatriya― Bu bölmədə pediatriya elminin inkşafı öyrənilir
Sosial pediatriya― Bu bölmədə uşaq sağlamlığının öyrənilməsi, uşaqların sosial müdafiəsi və tibbi yardım sisteminin inkişafı öyrənilir.
Ekoloji pediatriya― Bu bölmədə müxtəlif təbiət faktorlarının uşaqların sağlamlığına təsiri öyrənilir.[6]
ixtisaslaşmalar
- Pediatrik qastroenteroloji
- Uşaq Kardioloji
- Pediatrik Hematoloji-Onkoloji
- Uşaq istismarı
- Pediatrik İnfeksiya Xəstəlikləri
- Pediatrik Kritik Baxım Tıp
- Neonatal-Perinatal Tibb
- İnkişaf-Davranış Pediatriyası
- Pediatrik Nefroloji
- Pediatrik Təcili Tibb
- Pediatrik pulmonologiya
- Pediatrik Endokrinoloji
- Pediatrik Romatoloji[7]
Xəstəliklər
Həzm sistemi xəstəlikləri | Uşaqlarda fiziki inkişafdan qalma və artiq çəki problemləri | Tənəffüs sistemi xəstəlikləri | Birləşdirici toxuma xəstəlikləri | İfrazat sistemi xəstəlikləri: | Nevroloji problemlər | Uşaq xəstəliklərinin dəqiq diaqnostikası üçün vasitələr |
---|---|---|---|---|---|---|
Qastrit | Raxit | Kəskin respirator xəstəliklər | Revmatizm | Qlomerulonefrit | Uşaqlar və yeniyetmələrdə epilepsiya | USM, EKQ, EEQ |
Mədə və 12 barmaq bağırsaq xorası | Spazmofiliya | Bronxit | Revmatoid poliartrit | Pieolnefri | Pileptiform paroksizmlər | Koproloji müayinə |
Öd yolları diskineziyaları | Distrofiyalar | Pnevmoniya | Sistemli qırmızı qurd eşənəyi | Nefrotik sindrom | Baş ağrıları | Qida həssaslığının təyini |
Xolesistit | Hipovitaminozlar | Plevrit | Dermatomiozit | Enurez | Somnambulizm | Exo-kardioqrafiya |
Pankreatit | Diatezlər | Bronxial astma və digər allergik problemlər | Düyünlü periarterit | Tiklər | Neyrosonoqrafiya | |
Kolit | Pollinoz | Sinir sisteminin bətndaxili inkişaf qüsurları | Rentgen müayinəsi | |||
Enterit | Uşaq serebral iflici | Kompyuter tomoqrafiya | ||||
Helmintozlar | Diqqət zəifliyi sindromu | Endoskopik müayinələr | ||||
Disbakterioz | Hiperaktivlik | Qanın immunoloji, biokimyəvi, hormonal analizi[2] | ||||
Xarici keçidlər
- "Pediatriya nədir ?". 2017-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
- "Pediatriya". Diaqnoz.Az (az.). 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- "Sağlam Ailə - Pediatriya". saglamaile.az (az.). 29 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2018.
- (PDF) (az.) http://medkollec1.az/uploads/Tibb_Bacisi_Isi_1.pdf (#bare_url_missing_title). 29 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 iyul 2021.
- "Pediatriya haqqında". 2014-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
- (az.) https://az.delachieve.com/pediatriya-n%C9%99dir-pes%C9%99-usaqlar-uecuen-pediatr/ (#bare_url_missing_title). 25 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2021.
- (az.) https://az.approby.com/pediatriya-tarixind%C9%99ki-m%C9%99rh%C9%99l%C9%99l%C9%99r/ (#bare_url_missing_title). 30 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2021.