Paykənd

PaykəndBuxaradan 40 km qərbdə yerləşən qədim şəhər.

Paykənd
39°35′13″ şm. e. 64°00′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Paykənd xəritədə
Paykənd
Paykənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi


Göytürk xaqanlığının tərkibində


Böyük İpək yolu

Böyük İpək yolunun üstündə ən böyük düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan keçib ReyHəmədana, habelə Bizans qalası Neseviyyədən (Nizib) keçib SuriyaKonstantinopola gedirdi. Çin dənizinin sahillərindən İran sərhədlərinə qədər məsafə 150 günə qət edilirdi, buradan Roma sərhəddindəki Nizibə qədər yolu keçmək üçün isə 80 gün vaxt lazım gəlirdi.

Ərəb istilası

672-ci ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxaraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. O, Buxaraya yürüş etdi. Şəhər hakimi 300 min dirhəm ödəyərək şəhəri dağıntıdan xilas etdi və barışıq imzaladı. Ərəblər Səmərqəndə doğru irəlilədilər. Soqdiana əhalisi 1 ay müqavimət göstərsə də, barışığa gəlməli oldular. Buxaralılar qarət olunmuş qəniməti geri tələb etsələr də, Səid ibn Osman qəniməti Mədinəyə göndərdi. Əsirlərin bir hissəsi saraya hücum edib Səidi öldürdülər.

699-cu ildə Xorasan canişini əl-Mühəlləb Amudərya vasitəsilə Qaşqadəryaya daxil oldu. 703-cü ildə onun davamçıları Xarəzmə, 704-cü ildə Surxandəryaya yürüş etdilər.

705-ci ildə Quteybə bin Müslüm Xorasana canişin təyin edildi. O, Mavəraünnəhri tutub 706-cı ildə Buxaranın işğalına başladı. Buxara, Soqd və Paykənd hakimləri türkeşlərlə ittifaqda müharibəyə başladılar. Lakin Küteybə onları neytrallaşdıra bildi. Rabincan yaxılığında döyüşdə soqdalılar Səmərqəndə çəkilərək Fərqanədən yardım istədilər. Səmərqəndə hücum edən ərəblər qalib gəldilər. Soqdalılar sülh istədilər. Soqd hakimi Turek xan ildə 200 min dirhəm, 3 min qul və çoxlu qızıl, gümüş, daş-qaş, ipək verməli oldu. Xarəzmi tutan ərəblər Xarəzmşah Əskicimuku hakimiyətdən uzaqlaşdırdılar.


Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.