PayPal Mafiyası

PayPal Mafiyası (ing. PayPal Mafia) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb.[1] Üzvlərin qurduğu şirkətlərə Tesla Motors, Linkedin, Palantir Technologies, SpaceX, Affirm, Slide, Kiva, YouTube, YelpYammer misal göstərilə bilər.[2] Qrupun üzvlərinin çoxu Stenford UniversitetiUrbana-Şampeyn İllinoys Universitetində təhsil alıblar.

Tarix

PayPal 1999-cu ildə X.com adıyla Confinity tərəfindən satın alındı. Daha sonra X.com-un adı PayPal olaraq dəyişdirildi və şirkət 2002-ci ildə eBay tərəfindən satın alındı.[3][4] Şirkət eBay-a birləşəndən sonra 50 işçidən 12-si xaric digərləri işlərindən ayrıldı.[mənbə göstərin] Onlar birlikdə əlaqədə qaldılar və bir çox şirkətlərin qurulmasında birgə çalışdılar.[mənbə göstərin] Qrup o qədər məhsuldar oldu ki, "PayPal Mafiyası" ifadəsi yarandı.[3] Bu ifadədən ilk dəfə 2007-ci ildə Fortune jurnalının məqaləsinin başlığında istifadə olundu. Məqalədə qrupun üzvlərinin qanqster formasında ümumi şəkili də yer alırdı.[4][5]

Üzvlər

PayPal Mafiyası qrupuna aşağıdakılar şəxslər daxildir:

  • Piter Til — PayPal-ın təsisçisi və keçmiş baş icraçı direktoru, bəzən qrupun "boss"u olaraq adlandırılır.[6]
  • Maks Levsin — PayPal-ın təsisçisi və baş texnologiya direktoru.[7]
  • İlon MaskX.com-un təsisçisi. İlon Mask daha sonra Tesla Motors-un ilk investoru, SpaceX, Neuralink, OpenAI, The Boring Company-in təsisçisi olmuşdur.[8][9]
  • David Sak — PayPal-ın keçmiş COO-u, sonradan Geni.comYammer-i qurmuşdur.[3]
  • Rolof Bota — PayPal-ın keçmiş CFO-u, sonradan vençur kapital şirkəti olan Sequoia Capital-ı qurmuşdur.[10]
  • Stiv Çen — PayPal-ın keçmiş mühəndisi, YouTube-nin həmtəsisçisi.[11]
  • Rid Hoffman — PayPal-ın keçmiş icraçı vitse-prezidenti, daha sonra Linkedin-i qurmuşdur. Rid Hoffman Facebook, Aviary, Friendster, Six Apart, Zynga, IronPort, Flickr, Digg, Grockit, Ping.fm, Nanosolar, Care.com, Knewton, Last.fm, NingTechnorati-nin ilkin investorudur.[12][13][14]
  • Ken Hoveri — PayPal-ın keçmiş maliyyə direktoru, Təsisçilər Fondunun tərəfdaşıdır.[15]
  • Çad Harli — PayPal-ın keçmiş veb dizayneri, YouTube-nin həmtəsisçisi.[8]
  • Erik CeksonPayPal müharibələri kitabının müəllifi. WND Books-un baş icraçı direktoru, CapLinked-in həmtəsisçisi.[16]
  • Cavid Kərim — PayPal-ın keçmiş mühəndisi, YouTube-nin həmtəsisçisi. İlk YouTube videosu Me at the zoo Cavid Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənmişdir.[10]
  • Yard Kopf — PayPal-da Piter Tilin icraçı köməkçisi, Slide, HommeRun və NextRoll-un qurucusu.
  • Dav Makklar — PayPal-ın keçmiş marketinq direktoru, yeni şirkətlər üçün "mələk investor" və 500 Startup-un qurucusu.[17][18]
  • Endrü MakkormakValar Ventures şirkətinin həmtəsisçisi[19]
  • Lyuk Nozi — PayPal-ın həmtəsisçisi və marketinq və strategiya üzrə keçmiş vitse-prezidenti, Təsisçilər Fondunun tərəfdaşı[20]
  • Ket Rabos — PayPal-ın keçmiş icraçı direktoru. Daha sonra Linkedin, Slide, Square, Khosla Ventures-də işləmişdir. Hazırda Təsisçilər Fondunun tərəfdaşı və Tokbox, Xoom, Slide, Linkedin, Geni, Room 9 Entertainment, YouTube və Yelp-in profesional investoru.[10]
  • Cek Selbi — PayPal-ın korporativ və beynəlxalq inkişaf üzrə keçmiş vitse-prezidenti. Piter Tillə birlikdə Clarium Capital-ın həmtəsisçisi. Sonradan Grandmaster Capital Management-in idarəedici direktoru olmuşdur.[21]
  • Primal Şah — PayPal-ın keçmiş məhsul meneceri, Kiva.og-un təsisçisi və prezidenti.[4]
  • Rassel Simons — PayPal-ın keçmiş mühəndisi, Yelp şirkətinin həmtəsisçisi.[10]
  • Ceremi Stoppelman — PayPal-ın texnologiya üzrə keçmiş vitse-prezidenti, Yelp şirkətinin həmtəsisçisi.[22][23][24]
  • Yişan Vonq — PayPal-ın keçmiş menecerlik mühəndisi. Daha sonra Facebook-da işlədi və Reddit-in baş icraçı direktoru.[25][26]

İstinadlar

  1. Staff Writer. "David Sacks: Biography". Wall Street Journal. avqust 22, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 30, 2013.
  2. Harris, Duke. "PayPal finally poised to enter Web 2.0". San Jose Mercury News. 22 oktyabr 2009. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  3. Helft, Miguel. "It Pays to Have Pals in Silicon Valley". The New York Times. 17 oktyabr 2006. 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  4. O'Brien, Jeffrey M. "Meet the PayPal mafia". CNN.com. 26 noyabr 2007. 2008-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2009.
  5. "Thiel, Levchin and the PayPal Mafia". Fortune. 15 noyabr 2007. 3 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib.
  6. Rachel Rosmarin. "The PayPal Exodus". Fortune. 12 iyul 2006. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  7. O'Brien, Jeffrey M. "Meet the PayPal mafia". CNN Money. noyabr 26, 2007. avqust 29, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 13, 2013.
  8. "Why Elon Musk isn't in Fortune's PayPal Mafia picture". Valleywag. 2009-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2017.
  9. Ari Levy. "'PayPal Mafia' Gets Richer: Yelp and Facebook's IPOs will give another boost to Silicon Valley's influential PayPal alumni". Bloomberg BusinessWeek. 21 fevral 2012. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  10. "The PayPal Mafia: Who are they and where are Silicon Valley's richest group of men now?". The Daily Telegraph. 2014-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-23.
  11. "Steve Chen Biography". A&E Television Networks. 2 aprel 2014. 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2016.
  12. J.J. Colao. "Aviary is Quietly Cornering a Billion-Dollar Market". Forbes. 2 mart 2012. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  13. "Tagged.com". Tagged.com. 2011-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2013.
  14. Scott Duke Harris. "Greylock raises $575M fund, adds LinkedIn's Hoffman as partner". San Jose Mercury News. 2 noyabr 2009. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  15. "Ken Howery « Founders Fund". Foundersfund.com. 11 avqust 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2013.
  16. "Secure.caplinked.com". Secure.caplinked.com. iyul 8, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 31, 2013.
  17. "Dave McClure Hits 500". BusinessInsider. 27 iyun 2013. 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  18. "Where Are They Now? The PayPal "Mafia" Is More Powerful Than Ever". BusinessInsider. 2015-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  19. "Andrew McCormack Partner". Valar.com. sentyabr 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 19, 2014.
  20. "Luke Nosek « Founders Fund". Foundersfund.com. sentyabr 16, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 31, 2013.
  21. Brehse, Tami. "The 'PayPal Mafia' formed in the early 2000s, and includes everyone from Elon Musk to the Yelp founders. Here's where the original members have ended up". Business Insider. 2019-11-24. 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
  22. "More PayPal Mafia Mugshots". ValleyWag. 18 fevral 2010 tarixində orijinalından arxivləşdirilib.
  23. Dan Fost. "The Coffee Was Lousy. The Wait Was Long". The New York Times. 21 may 2008. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2022.
  24. Sarah Lacy. "Something to Yelp About". Bloomberg BusinessWeek. 7 aprel 2008. 2010-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  25. "How did Yishan Wong get recruited to PayPal?". Quora.
  26. Granato, Andrew. "A look at the PayPal Mafia's continued impact on Silicon Valley". VentureBeat. 2019-01-13. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.

Xarici keçidlər

П:  Biznes və iqtisadiyyat portalı П:  Texnologiya portalı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.