Pavlos Fissas

Killah P (tam adı: Pavlos Fissas; yun. Παύλος Φύσσας; d. 10 aprel 1979, Afina, Yunanıstan18 sentyabr 2013, Afina, Yunanıstan) — Yunanıstan repçisi.

Killah P
Pavlos Fissas (yun. Παύλος Φύσσας)
2011-ci ildə Pavlos Fissas
2011-ci ildə Pavlos Fissas
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Afina, Yunanıstan
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Afina, Yunanıstan
Vətəndaşlığı Yunanıstan Yunanıstan
Musiqiçi məlumatları
Fəaliyyət illəri 1998—2013
Janr Hip-hop

Həyatı

Ölümü

2013-cü il sentyabrın 17-də Pavlos həyat yoldaşı və 8-10 nəfərlə Afinanın Keratsini rayonunda futbol oyununa baxmaq üçün kafeyə getmişdi. Həmin gecə saat 23:57 radələrində polisə Keratsinidə beysbol bitaları ilə silahlanmş 50 nəfər dəstə haqqında zəng olunmuşdu. Dəstə "Coral" kafe-mağazasına tərəf gedirdi. Saat 23:59-da 8 nömrəli polis dəstəsinə kafeyə girmə təlimatı verildi. Polis kafeyə daxil olanda, artıq 30 nəfər artıq küçədə toplanmışdı və Talsdari prospektinə doğru qaçmağa başladılar, harada ki, 60 nəfərdən ibarət bir dəstə artıq yığılmışdı. Orada polis Pavlosu bıçaq yaraları ilə tapdı. Pavlos huşunu itirməmişdən əvvəl, hadisə yerində olan Giorgios Rupakiası hücüm edən şəxs kimi göstərmişdir. Bundan sonra Rupakias həbs olundu. Pavlos Fissas Nikea xəstəxanasına çatdırılsa da, orada vəfat etmişdir.

Giorgios Rupakias Yunanıstanda fəaliyyət göstərən ultra faşist Qızıl Şəfəq partiyasının ofisinin kafesində işləyirdi. O, Pavlosun qətlini təsdiq etsə də, onu ev dustaqlığında saxlayırdılar.[1]

İrsi

2014-cü ilin sentyabr ayında Pavlosun qətlə yetirildiyi yerdə, onun şərəfinə abidə ucaldılmışdır.[2]

Diskoqrafiya

Pavlos Fissasın mahnılarında anti-faşizm, dostluq, ailə, həyat və ictimatiyyətdə olan problemlər əks olunurdu.[1]

İstinadlar

  1. "Greece mourns slain anti-fascist rapper Pavlos Fyssas". www.aljazeera.com. www.aljazeera.com. 8 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2019.
  2. "Pavlos Fyssas memorial unveiled in Keratsini". www.tovima.gr. www.tovima.gr. 15 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.