Pavlik Morozov

Pavlik Morozov (rus. Павел Трофимович Морозов; 14 noyabr 19183 sentyabr 1932, Gerasimovka, Turinsk qəzası, Tobolsk quberniyası) — sovet rəsmi təbliğatında Sovet hakimiyyətinin ilk dövründə qolçomaqlarla mübarizədə düzgünlüyün və prinsipiallığın gənc simvolu. Sovet dövründəki rəsmi iddiaya görə babası və əmisi tərəfindən atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyinə görə qətlə yetirilmişdir.

Pavlik Morozov
Pavel Trofimoviç Morozov
Doğum tarixi
Vəfat tarixi (13 yaşında)
Vəfat səbəbi bıçaqlama[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Postsovet dövründə atasını satan satqın uşaq kimi xarakterizə edilməyə başlandı.[1]

Paşa Morozovun yeganə şəkli.Onun üzərində ox işarəsi vardır

Son dövr araşdırılması nəticəsində onun ölümünün ideoloji mübarizə ilə heç bir əlaqəsinin olmadığı, sadəcə ailə dramının qurbanı olduğu aydınlaşdırılmışdır. O heç zaman pioner olmamış, atasının qolçomaq olduğunu iddia etməmiş, atasının məhkəmə prosesində dedikləri tam təhrif edilmiş, ölümü obyektiv araşdırılmamışdır. Ölümü mətbuata düşdükdən sonra o dövrün təbliğat maşını hadisədən özünün ideoloji məqsədləri üçün istifadə etməyə başlamış, ondan " gənc qəhrəman" obrazı düzəltməyə çalışmışdır.

Rəsmi sovet qəzetlərində onun yeganə şəkli üzərində dəyişiklik apararaq pioner qalstuku geyndirmiş, retuş edərək təbliğat obrazı yaratmışlar.[2]

Hətta həyatda o " Paşa" adlansa da təbliğat naminə ədəbiyyatda " Pavlik " adlandırılmışdır.[3]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2011-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-09.
  2. "Arxivlənmiş surət". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-08.
  3. "Arxivlənmiş surət". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.