Pavel Velski
Pavel Velski Azərbaycan kinosunda əsasən rejissor, ssenarist kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir.
Pavel Velski | |
---|---|
Pavel Velski | |
Milliyyəti | rus |
Fəaliyyəti |
Rejissor Ssenarist |
Fəaliyyət illəri | 1924-1925 |
Həyatı
Pavel Velski Azərbaycan kinosunda rejissor, ssenarist və bədii rəhbər kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. O, rejissor kimi "1 may 1925-ci il"[1] və "Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı" sənədli filmlərini çəkmiş, "Mədənçi-neftçi istirahətdə və müalicədə"[2] və "Əvəz-əvəzə" bədii filmlərinin ssenarisini yazmışdır. Həmçinin, ssenarisini yazdığı 2 filmdə aktyor kimi də çıxış etmişdir.
Filmoqrafiya
Ssenari müəllifi kimi
- Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)(tammetrajlı bədii film)
- Əvəz-əvəzə (film, 1925)(tammetrajlı bədii film)
Rejissor kimi
- 1 may 1925-ci il (film, 1925)(qısametrajlı sənədli film)
- Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925)(qısametrajlı sənədli film)
Aktyor kimi
- Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)(tammetrajlı bədii film)
- Əvəz-əvəzə (film, 1925)(tammetrajlı bədii film)(rol: Pavel Dobrov[3])
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.14.
- Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.24.
- "ПАВЕЛ ВЕЛЬСКИЙ". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.