Pavel Qraçov
Pavel Qraçov (1 yanvar 1948[1][2] – 23 sentyabr 2012[3][2], Krasnoqorsk, Moskva vilayəti) — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Pavel Qraçov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tula |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Moskva |
Vəfat səbəbi | Yoluxucu xəstəliklər |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Fəaliyyət illəri | 1965–2007 |
Elmi dərəcələri | |
Partiyası | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Pavel Qraçov 1 yanvar 1948-ci ildə Tula vilayətində doğulub.
Pavel Qraçov SSRİ Silahlı Qüvvələrində vzvod, rota, batalyon, polk, diviziya komandiri olub. Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub, daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsini tutub. 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb.
Müdafiə naziri postunu tərk edəndən sonra Pavel Qraçov "Rosvoorujeniya" və "Rosoboroneksport"da xidmət edib. 2007-ci ildən, Silahlı Qüvvələrdən tərxis olunandan bəri Popov adına Radio Zavodunda (Omsk) baş direktor müşaviri idi.
Pavel Qraçov 2012-ci il sentyabrın 23-ü Moskva vilayətində vəfat edib. O, sentyabrın 12-dən Müdafiə Nazirliyinin hərbi hospitalında, reanimasiya şöbəsində müalicə olunurmuş.[4]
İstinadlar
- Pawel Sergejewitsch Gratschow // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Pawel Gratschow // Munzinger Personen (alm.).
- Former Russian Defense Minister Grachev Dies.
- "Pavel Qraçov vəfat etdi". 2012-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-23.