Pavel Klimkin

Pavel Klimkin (ukr. Павло Анатолійович Клімкін; d. 25 dekabr 1967, Kursk, SSRİ) — Ukraynalı diplomat, dövlət xadimi və Ukrayna Xarici İşlər Naziri.

Pavel Klimkin
ukr. Павло Анатолійович Клімкін
Doğum tarixi
Doğum yeri Kursk
Vətəndaşlığı Ukrayna Ukrayna
Təhsili Moskva Fizika- Texnologiya İnstitutu
Fəaliyyəti diplomat, siyasətçi, beynəlxalq forum iştirakçısı[d]
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

25 dekabr 1967-ci ildə Kurskda anadan olmuşdur. 1991-ci ildə Moskva Fizika- Texnologiya İnstitutunun Aerofizika və kosmik tədqiqat fakültəsini bitirmişdir. İlk həyat yoldaşı olan, Natalya Klimkin, Hollandiyadakı Ukraynanın birinci Səfirliyinin katibi vəzifəsində çalışır. İkinci həyat yoldaşı Marina Yuriyevna Xarici Siyasət və Avropa İnteqrasiyası Baş İdarəsinin müavini, Ukrayna Prezident Asministrasiyasının Xarici Siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.[1].

Elmi fəaliyyəti

  • 1991-1993-cü illərdə Elektrik qaynaqları İnstitutunda elmi işçi;
  • 1993-1997-ci illərdə - üçüncü, ikinci Xarici İşlər Nazirliyinin Hərbi nəzarəti və Silahsızlanma Departementinin Xarici İşlər naziri katibi;
  • 1997-2000-ci illərdə - Ukraynanın Almaniyadakı səfirliyinin üçüncü, elmi-texniki və siyasi məsələlər üzrə ikinci katibi;
  • 2000-2002-ci illərdə - Xarici İşlər Nazirliyinin İqtisadi Əmakdaşlıq Departamentinin Nüvə və Enerji Təhlükəsliyi üzrə müşaviri;
  • 2002-2004-cü illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Avropa İnteqrasiyasının Avropa Birliyi ilə İqtisadi və Sektor Əməkdaşlığı Departamentinin rəhbəri;
  • 2004-2008-ci illərdə Böyük Britaniyanın Ukraynanın Səfirliyinin məsləhətçi-səfiri;
  • 2008-ci il mart ayından 2010-cu ilin aprel ayına qədər - Ukrayna Xarici İşlər Nazirliyinin Avropa Birliyi Departamentinin direktoru;
  • 2011-ci il 29 aprel - 22 iyun 2012-ci il tarixinədək Ukrayna Xarici İşlər Nazirinin müavini;
  • 2012-ci il 22 iyundan - 2014-cü il 19 iyun Ukraynanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri[2] ;
  • 2014-cü il 19 iyundan Ukrayna xarici işlər naziri;
    Pavel Klimkin ilə ABŞ-nin Dövlət katibi Jonni Kerri görüşü, 25 iyun 2014-cü il
  • 2014-cü il 24 iyundan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü[3];
  • 2015-ci ilin martında bütün Rus mətbuatı şəxsi boykot elan etdi, eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi akkreditasiyasını dayandırıldı[4];
  • 2016-cı il 14 apreldə hökumət vəzifədən alındı, yeni hökumətdə Klimkin Ukraynanın Xarici İşlər Naziri vəzifəsini tutdu[5];
  • 2018-ci il 2 fevral tarixində verilən, "Rheinische Post" qəzetinə verdiyi müsahibədə, Pavel Klimkin Krımda işləmək üçün Almaniyanın VolkswagenAdidas şirkətlərinə qarşı tədbirlər hazırlamaq niyyətini açıqladı.[6][7][8].

Pavel Klimkin ukrayn, rus, fransız ingilisalman dillərini bilir.

Həmçinin bax

İstinadlar

  1. "Климкин Павел". 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  2. "Указ Президента України № 542/2014 — Офiцiйне представництво Президента України". 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  3. "Указ Президента Украины № 549/2014 «Об изменениях в составе Совета национальной безопасности и обороны Украины»". 2014-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  4. "Российские журналисты попали под обстрел в Донбассе". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  5. "Рада утвердила новый Кабмин Гройсмана (полный список, фото)". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  6. "Ukrainischer Außenminister Pawlo Klimkin "Moskau ist an einer Lösung nicht interessiert"" (alman). 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  7. "Украина может ввести санкции против Adidas и Volkswagen за работу в Крыму". 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  8. "Климкин заявил, что Киев готовит меры против работающих в Крыму немецких компаний". 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.