Pavel Elyanov

Pavel Elyabov (ukr. Павло Володимирович Ельянов; 10 may 1983, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna şahmatçısı, qrosmeyster. Pavel komandalararası şahmat olimpiadalarında iki qızıl medal və individual yarışlarda bir gümüş medal qazanmışdır.

Pavel Elyanov
ukr. Павло Володимирович Ельянов
Ölkə
Doğum tarixi 10 may 1983(1983-05-10) (40 yaş)
Doğum yeri
Titulu Qrossmeyster
Son reytinqi 2762 (Dekarb 2016)
Maksimal reytinqi 2765 (Mart 2016)
FİDE nömrəsi 14102951
Mükafatları Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naliyyətləri

2007-ci ildə Corus B turnirinin qalibi olaraq əsas turnirinə vəsiqə qazanmışdır.

Sarayevoda keçirilən 2009 Bosna Şahmat Turnirinin qalibi oldu (7/10). Turnir ikili dairəvi sistem üzrə 6 nəfərdən ibarət idi.

2010-cu ilin mayında Həştərxanda keçirilən FIDE Grand Prix seriyasından olan turnirdə qalib gəlmişdir.

2012-ci ildə Aeroflot Opendə 1–3-cü yerləri bölüşdürmüşdür.

2014 Ukrayna Çempionatında 11 oyundan 7.5 xal ilə birinci oldu.

2014-cü ildə Şəmkir Beynəlxalq Şahmat Turnirinin B qrupunun qalibi oldu.

Xarici keçidlər

  1. ratings.fide.com (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.