Pavel Antokolski

Pavel Qriqoryeviç Antokolski (rus. Па́вел Григо́рьевич Антоко́льский; 1 iyul 1896[1][2][…], Sankt-Peterburq[3][4]9 oktyabr 1978[5][1][…], Moskva) — rus sovet şairi, tərcüməçi və dramaturq.

Pavel Antokolski
rus. Па́вел Григо́рьевич Антоко́льский
Doğum tarixi 1 iyul 1896(1896-07-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1978(1978-10-09)[5][1][…] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vostryakovo qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti dilçi, şair, tərcüməçi, teatr rejissoru, dramaturq, teatr tənqidçisi
Əsərlərinin dili rus dili
Janrlar nəsr, pyes, esse, şeir, poema, oçerk
Üzvlüyü
Mükafatları "Stalin" mükafatı  — 1946 "Qırmızı əmək bayrağı" ordeni  — 1946 "Qırmızı əmək bayrağı" ordeni  — 1956 "Qırmızı əmək bayrağı" ordeni  — 1966 "Şərəf nişanı" ordeni  — 1939 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Pavel Antokolski Sankt-Peterburqda daimi vəkil və daimi stryapçi köməkçisi Gerşon Movşeviç Antokolski (1864—1941)[6] və Olga Pavlovna Antokolskaya (? -1935) ailəsində anadan olmuşdur. Atası özəl firmalarda işləmiş, daha sonra 1933-cü ilə qədər sovet müəssisələrində xidmət etmişdir. Anası Fröbel kurslarına gedirdi. Ailə Vilne şəhərində yaşayırdı, burada onun Yevgeniya (1900), Nadejda (1903) və Mariya adlarında bacıları dünyaya gəlmişdilər. 1904-cü ildə ailə Moskvaya köçdü, burada gələcək şair özəl gimnaziyaya girdi. 1915-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxudu (məzun olmadı).

1918-ci ildə onun yazıları nəşr olunmağa başlandı. 1922-ci ildə ilk şeirlər kitabını nəşr etdi. Yevgeni Vaxtanqovun rəhbərlik etdiyi Tələbə Dram Teatrında dərslərə qatılırdı. 1919—1934-cü illərdə dram studiyasında rejissor kimi çalışırdı, sonradan bu yer Vaxtanqovun adına Teatra çevrildi. Bu studiya üçün "İnfantanın kuklası" (1916) və "Yuxuda nişan" (1917-1918) daxil olmaqla üç pyes yazdı..[7] İnqilab zamanı Marina Svetayeva ilə dost idi.

Məbəd cəngavərləri ordeninin tarixi və mənəvi həyatı ilə maraqlanırdı; mistik fikirlərin təsiri altında Herbert Uellsin "Yatmış oyananda" romanının teatr (E. Vaxtanqov adına Teatr) üçün səhnələşdirməsini yazdı.[8]

Böyük Vətən Müharibəsi illərində cəbhə teatrına rəhbərlik etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1945-ci ilin yazında V. P. Çkalov adına Tomsk Regional Dram Teatrının rejissor kimi Tomska gəldi.[9]

Fransız, bolqar, gürcü, azərbaycan şairlərinin əsərlərini tərcümə etmişdir. Tərcümələr arasında Viktor Hüqonun "Ölümə məhkum edilmişin son günü" hekayəsi və eyni müəllifin "Kral əylənir" romantik dramı da var idi.

Pavel Antokolski 9 oktyabr 1978-ci ildə vəfat etdi. Moskvada, Vostryakovskoye qəbiristanlığında, on il əvvəl vəfat etmiş həyat yoldaşı və muzası, Vaxtanqov studiyasının aktrisası Zoya Bajanovanın yanında dəfn olundu.

İstinadlar

  1. LIMIS (lit.).
  2. АНТОКОЛЬСКИЙ Павел Григорьевич // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 94–96. ISBN 5-94848-245-6
  3. Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 1.
  4. Антокольский Павел Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. Метрические данные доступны на сайте еврейской генеалогии JewishGen.org. В профессиональных документах имя указывастся как Герасим Моисеевич Антокольский, в записи о рождении в канцелярии виленского городского раввина от 27 июля 1864 года — Гершон Мовшевич Антокольский, в записях о рождении детей — попеременно Герасим (1900) и Григорий (1903) Антокольский.
  7. "Павел Антокольский: неизвестные и малоизвестные стихи". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  8. Никитин А. Л. Мистики, розенкрейцеры и тамплиеры в Советской России: Исслед. и мат. М., 1998.
  9. История Томска Arxivləşdirilib 2007-08-12 at the Wayback Machine, tomskhistory.lib.tomsk.ru
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.