Paul Karrer

Paul Karrer (almanca Paul Karrer; 21 aprel 1889, Moskva, Rusiya İmperiyası — 18 iyun 1971, Sürix, İsveçrə) vitaminlərin kəşfi ilə bağlı işləri ilə məşhur olan İsveçrəli üzvi kimyaçı, riyaziyyatçı və biokimyaçıdır. U. H. Houorsla birlikdə Nobel mükafatı laureatı adını alıb (1937).

Paul Karrer
alm. Paul Karrer
Doğum tarixi 21 aprel 1889(1889-04-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 iyun 1971(1971-06-18)[1][2][…] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi üzvi kimya
İş yeri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Paul Karrer 21 aprel 1889-cu ildə Moskva şəhərində İsveçrəli diş həkimi ailəsində anadan olub. Uşağın adını daşıyan atası Paul Karrer və anası Julia Lerx Arqau kantonunun Toyfental və Oberentfelden əyalətlərindən idilər. 1892-ci ildə, üç yaşında ikən Paul Karrer İsveçrəyə köçürüldü, belə ki ailəsi 1895-ci ilə qədər Sürix yaxınlığındakı Erlenbax şəhərində yaşadı.

P. Karrer uşaqlığının və yeniyetməliyinin qalan hissəsini Arqau yaxınlığındakı kiçik bir kənddə keçirdi, buradan Mörikendə ibtidai məktəbə, sonra Lenzburqda orta məktəbə və Arqauda gimnaziyaya daxil oldu. Daha sonra təhsilini " Öyrən, düşün, sonra danış " prinsipi əsasında qurdu. P. Karrer ömrünün sonuna qədər bu aksioma sadiq qaldı. 1908-ci ildə P. Karrer koordinasiya nəzəriyyəsinin banisi olan Alfred Vernerin professor olduğu Sürix Universitetində kimya üzrə təhsil almağa başlayır.

Cəmi 6 semestr ərzində P. Karrer A. Vernerlə kobalt komplekslərinin kimyasını öyrənərək fəlsəfə doktoru dərəcəsini aldı. 1911-ci ildə Karrer Sürix Universitetini bitirdi və o dövrdə artıq özünü uğurlu alim kimi sübut edə bilmişdi, elə həmin il A. Verner ona assistent vəzifəsini təklif etdi. Bir il sonra P. Karrerin arsenin üzvi birləşmələrinə həsr olunmuş ilk nəşri P. Erlix tərəfindən nəzərə çarpdı, bundan sonra P. Karrer Frankfurt-Mayndə George Speyer Evində (George Speyer House) köməkçi kimi dəvət aldı və o, sonradan oranın üzvü oldu.

Birinci Dünya Müharibəsi zamanı P. Karrer qısa müddətə İsveçrə Ordusunda xidmət etdi. 1915-ci ildə P. Erlix xəstələndi və öldü, P. Karrer George Speyer Evində kimyəvi tədqiqatların rəhbəri seçildi və bitki məhsulları ilə işləməyə başladı. 1918-ci ildə Sürix Universitetində köməkçi professor olmaq təklifini aldı və qəbul etdi. 1919-cu ildə A. Vernerin ölümündən sonra P. Karrer onun davamçısı kimi, Kimya İnstitutunun tam professoru və direktoru seçildi. P. Karrer həyatı boyu iki müəllimi A. Verner və P. Erlixin xatirəsini hər zaman ehtiramla yad etmişdir.

1950–1952-ci illərdə P. Karrer Sürix Universitetinin rektoru vəzifəsində çalışıb. 1959-cu ildə 70 yaşında institutun rəhbərliyini Q. Şmidtə keçirdi. Paul Carrer 18 iyun 1971-ci ildə uzun sürən xəstəlikdən sonra səksən üç yaşında vəfat etdi[7].

Elmi araşdırmaları

Arsen birləşmələrinin tədqiqi dövrü

1908-ci ildə Paul Karrer Sürixdə A. Vernerin köməkçisi olduğu dövrdə, arsen birləşmələri ilə bağlı müstəqil tədqiqatlarına başladı. O, sintezini patentləşdirdiyi əvvəllər naməlum nitrosoaril-arsen turşularından fenazin əsasında arsen azo birləşmələri və boyalar əldə etmişdir.

P. Ehrlixlə işləyərkək P. Karrer antisifilitik preparat 606-nın yaradıcısı oldu, salvarsan məhlullarının kimyasını öyrəndi. O vaxta qədər salvarsan klinik praktikada uğurla istifadə olunsa da, onun quruluşu hələ də sirr olaraq qalırdı. Belə ki, P. Karrer preparatın strukturunu müəyyən etmək üçün salvarsanın qızıl və gümüş duzları ilə komplekslərini tədqiq etməyə başladı[8].

Bundan əlavə, tədqiqat zamanı məlum oldu ki, salvarsanın mis kompleksi spirilla bakteriyası və parazitar birhüceyrəli tripanosom üzərində yaxşı eksperimental və klinik təsir göstərir, gümüş salvarsan sonradan İ. Q. Farben tərəfindən tibbi təcrübəyə daxil edilmişdir. P. Karrerin arsenin üzvi törəmələrinə olan bu həvəsi təxminən səkkiz il davam etdi və 1916-cı ildə kulminasiya nöqtəsinə çatdı və yekunlaşdıraraq ona 15 nəşr və 8 patent qazandırdı[9].

Karbohidratların öyrənilməsi dövrü

1916-cı ildə Frankfurtda P. Karrer yeni bir mövzu — karbohidratların öyrənilməsi üzərində işləməyə başladı. Bu sahədə inkişaf 1955-ci ilə qədər davam etdi.

Qlikozidlər
  • P. Karrerin tədqiqatına görə, ən çox üstünlük verilən qlikozidləşmə üsulu, spirtlərin Ag2CO3 iştirakı ilə asetobromqlükoza ilə reaksiyası nəticəsində asetilləşmiş alkilqlikozidlərin əmələ gəlməsi və ardınca asetil qruplarının qələvi hidrolizidir. Spirtlərin əvəzinə fenollardan istifadə edildikdə, asetilləşdirilmiş aril qlikozidlər alınır[10].
  • P. Karrer o-hidroksi-, o-aminokarboksilik turşuların gümüş duzlarının, eləcə də α-hidroksikarboksilik turşuların asetobromqlükoza ilə reaksiyasının maraqlı xüsusiyyətini göstərdi: gözlənilən asetilə şəkər efirlərindən əlavə, asetilatlanmış turşular da əmələ gəlir. Bəzi hallarda diəvəzolunmuş məhsulların əmələ gəlməsi də müşahidə olunur[11]. Bu ərəfələrdə P. Karrer artıq Sürixdəki Kimya İnstitutunun tam professoru və direktoru seçilmişdi. O, institutda aparılan tədqiqatların mahiyyətini kökündən dəyişərək, qeyri-üzvi mövzular üzrə tədqiqatları təbii məhsullar üzrə tədqiqatlarla əvəz etdi: təbii qlikozidlərin sintezi üzərində işlərə başladı.
  • P. Karre, D/L-badam turşusunun gümüş duzunun və digər oxşar rasematların asetobromqlükoza ilə qarşılıqlı təsirinə dair işinə əsaslanaraq, rasematların ayrılması üçün zərif bir üsul təklif etdi. O göstərdi ki, reaksiya nəticəsində enantiomerlərdən yalnız biri reaksiya girir[12].
  • 1924-cü ildə qlikosilpiridin Karrer tərəfindən piridinin asetobromqlükoza ilə reaksiyası nəticəsində əldə edilən asetilləşdirilmiş birləşmənin turşu hidrolizi yolu ilə əldə edilmişdir. Beləliklə, NAD+ və NADF+ kimi aktiv proton daşıyıcılarının sinfinə aid olduğu birləşmələr əldə edilmişdir[13].
Mono və disaxaridlər
  • Mono- və disaxaridlər üzərində tədqiqatlar 1920-ci ildə başladı. Artıq 1921-ci ildə şəkər anhidridlərinin, xüsusən də levoqlükozan kimi vacib olanın sintezi üçün bir üsul hazırlanmışdır. Asetilləşdirilmiş tetraammonium saxarid bromidin qələvi hidrolizi istənilən anhidridin əmələ gəlməsinə səbəb olur[14].
  • İlk dəfə aşkar edilmişdir ki, maltoza, laktoza və sellobioza kimi disaxaridlər nikel katalizatoru üzərində təzyiq altında hidrogenlə maltitol, laktitol, selobitola qədər bərpa oluna bilər[15].
Polisaxaridlər
  • Polisaxaridlərin öyrənilməsi üzərində işlərə P. Karrer 1920-ci ildə başlamışdı, nəticədə 46 nəşr sonradan isə bir monoqrafiyada hamısını birləşdirdi. P. Karerrenin polisaxaridlərin makromolekulyar quruluşu haqqında başlanğıc Q. Ştaudinqer tərəfindən irəli sürdüyü fərziyyələri tanımasından sonra qoyulmuşdur.
  • İlk dəfə olaraq xitinin hidroliz reaksiyası uğurla həyata keçirildi, bu da asetil qrupunun azot atomuna birləşdiyini sübut edən N-asetilqlükozamin istehsalına səbəb oldu. Eyni tədqiqatlar fırlanma bucağının ölçülməsi yolu ilə qurulan qlükozaminin D-amin turşusu seriyasına aid olduğunu göstərdi[16].

İkinci Dünya Müharibəsi P. Karreranın elmi fəaliyyətinə heç bir əngəl törətmədi, məhz bu dövrdə o, polisulfat turşularının və karboksimetilselülozun qarışıq efirlərini əldə etdi[17].

Pedaqoji fəaliyyəti

P. Karrer nisbətən kiçik institutunu idarə edirdi. Ömrünün sonuna qədər Sürix Universitetinə sadiq qaldı. Tələbələri həmişə onun işinə olan bağlılığından ilham alıblar. Yüksək vəzifəsinə və vaxtının azlığına baxmayaraq, P. Karrer hər bir həmkarına və tələbələrinə gündə bir-iki dəfə baş çəkmək üçün əlindən gələni edirdi. Tələbələrinin bir çoxu sənaye istehsalı sahəsində işləmiş, bəziləri hətta ən yüksək vəzifələrə çatmışdı. Onun köməkçilərindən bəziləri müəllim oldu və ya öz akademik karyerasına başladı.

Əsas işləri

  • 1042 məqalə, 78 patent.
  • "Einführung in die Chemie der polymeren Kohlenhydrate" — Karbohidratlar kimyasına giriş, 1925-ci ildə P. Karrer tərəfindən nəşr olunan kitab.
  • " Lehrbuch der organischen Chemie " — Üzvi kimyaya giriş, 1928-ci ildə P. Karrer tərəfindən nəşr olunan kitab.
  • 1948-ci ildə E. Jukkerlə birlikdə Paul Karrerin "Karotenoidlər" monoqrafiyası nəşr olundu.

Elmi nailiyyətləri

1930 — likopen, β-karotin və skualinin simmetrik düsturu müəyyən edildi.

1931 — A vitamininin (retinol) strukturu quruldu

1935 — B2 vitamininin (riboflavin) sintezi həyata keçirildi

1938 — E vitamininin (d, l-α-tokoferol) sintezi həyata keçirildi.

1939 — K1 vitamininin (naftoxinonun) preparativ sintezi həyata keçirildi

1942 — nikotinamid adenin dinukleotidin (NAD) strukturunun yaradılması üçün əsaslar qoyuldu.

1948 — çoxlu sayda karotenoid epoksidlərin kəşfi

1950 — karotin tipli karbohidrogenlərin sintezi üsulu işlənib hazırlanmışdır

1958 — quruluş müəyyən edildi və toksiferin və əlaqəli alkaloidlərin qismən sintezi aparıldı.

1958 — Kantaksantin β-karotindən sintez edilmişdi.

Fəxri fərmanları və mükafatları

1937-ci ildə P. Karrer karotenoidlər və flavinlər üzərində apardığı tədqiqatlara, A və B2 vitaminlərinin kəşfinə görə kimya üzrə Nobel mükafatına layiq görülüb. O, bu mükafatı karbohidratlar və C vitamini sahəsində araşdırmaları ilə seçilən ingilis kimyaçısı U. H. Houors ilə bölüşdü.

Yaddaş

P. Karrerin 70 illik yubileyi münasibətilə Paul Karrerin adına illik oxunuşlar təşkil edildi, burada seçilmiş tədqiqatçı onun həyatının əsərləri haqqında məruzə etdi və Paul Karrerin qızıl medalını aldı. Bundan əlavə, P. Karrer İsveçrədə Fritsa Hoffman-La Roşer "Fənlərarası Seminarların Təşviqi Fondu" və Kimya Təqaüd Fondunu təsis edib

Paul Karrer səksən illik yubileyini Kimya İnstitutunda simpozium və tarixi sərgi ilə qeyd etdi.

1979-cu ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın uzaq tərəfindəki kraterə Paul Karreranın adını verdi.

Ailəsi

1914-cü ildə Paul Karrer uzun müddət eşq yaşadığı psixiatriya klinikasının direktoru Helen Froliçin qızı ilə evləndi. Bu xoşbəxt evlilikdən onların üç oğlu dünyaya gəldi, lakin onlardan biri doğulduqdan qısa müddət sonra öldü. P. Karrer Frankfurtda keçirdiyi illəri həyatının ən ilhamverici dövrü kimi qiymətləndirib.

Sağlamlıq səbəbiylə P. Karrer ölçülü bir həyat sürürdü. P. Karrer kifayət qədər varlı adam olsa da, olduqca sadə yaşayırdı. Onun Sürixberqdə böyük evi var idi, amma maşını olmadığından instituta ictimai nəqliyyatla gedirdi.

Şəxsi keyfiyyətləri

Paul Karrer orta boylu və cüzi bədən quruluşlu bir insan idi. Bu zahiri incəliyin arxasında parlaq intellektlə birləşən qarşısıalınmaz və sarsılmaz iradə dayanırdı. O, punktuallığı, məsuliyyət hissi və mütləq etibarlılığı ilə məşhur idi. Savadlı və tərbiyəli bir insan idi, onun maraqları təkcə təbiət elmlərinə deyil, həm də humanitar elmlərə də aid idi. Onu tanıyan hər kəs onun intizamına, çalışqanlığına, təmkininə, mehribanlığına heyran idi.

P. Karerra kimya və biokimya, biologiya, farmakologiya və tibb kimi əlaqəli sahələrdə həmkarları ilə əla əlaqələrə malik idi.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Paul Karrer // Encyclopædia Britannica (ing.).
  3. Каррер Пауль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. https://www.rse.org.uk/cms/files/fellows/biographical_index/fells_indexp2.pdf.
  5. www.accademiadellescienze.it (it.).
  6. NNDB (ing.). 2002.
  7. Isler O. Paul Karrer (21 April 1889–18 June 1971) // Biographical memoirs of fellows of the royal society, 1978, v. 24, p. 245–321 [1] Архивная копия от 3 января 2017 на Wayback Machine
  8. Karrer P. Die Konstitution der Arseno‐metallverbindungen // Berichte der deutschen chemischen Gesellschaft (A and B Series), 1919, v. 52, № 11, p. 2319–2324 [2] Архивная копия от 3 января 2017 на Wayback Machine
  9. Ehrlich P., Karrer P. Über Arseno‐stibino‐und Arseno‐bismuto‐Verbindungen // Berichte der deutschen chemischen Gesellschaft, 1913, v. 46, № 3, p. 3564–3569 [3] Архивная копия от 3 января 2017 на Wayback Machine
  10. Isler O. Paul Karrer (21 April 1889–18 June 1971) // Biographical memoirs of fellows of the royal society, 1978, v. 24, p. 245–321 [1] Архивная копия от 3 января 2017 на Wayback Machine
  11. Karrer P., Nägeli C., Weidmann H. Synthetische Glucoside (III) und ein Beitrag zur Konstitution innerer Komplexsalze // Helvetica Chimica Acta, 1919, v. 2, № 1, p. 242–265 [4] Архивная копия от 3 января 2017 на Wayback Machine
  12. Karrer P., Nägeli C., Smirnoff A. P. Smirnoff A. P. Glucoside X. Ueber den Umsatz von d, l‐Acetobrom‐glucose mit dem Silbersalz der d, l‐Mandelsäure // Helvetica Chimica Acta, 1922, v. 5, № 1, p. 141–146 [5] Архивная копия от 3 января 2017 на Wayback Machine
  13. Karrer P., Widmer A., Staub J. Weitere Mitteilung über den Umsatz von Acetohalogenzuckern mit tertiären Basen // Helvetica Chimica Acta, 1924, v.7, № 1, p. 519–527 [6] Архивная копия от 3 января 2017 на Wayback Machine
  14. Karrer P. et al. Eine neue Methode zur Gewinnung von Anhydrozuckern // Helvetica Chimica Acta, 1921, v. 4, № 1, p. 817–820 [7] Архивная копия от 3 января 2017 на Wayback Machine
  15. Karrer P., Büchi J. Reduktionsprodukte von disacchariden: maltit, lactit, cellobit // Helvetica Chimica Acta, 1937, v.20, № 1, p. 86–90 [8] Архивная копия от 3 января 2017 на Wayback Machine
  16. Karrer P., Hofmann A. Polysaccharide XXXIX. Über den enzymatischen Abbau von Chitin und Chitosan I // Helvetica Chimica Acta, 1929, v. 12, №. 1, p. 616–637 [10] Архивная копия от 4 января 2017 на Wayback Machine
  17. Isler O. Paul Karrer (21 April 1889–18 June 1971) // Biographical memoirs of fellows of the royal society, 1978, v. 24, p. 245–321 [1] Архивная копия от 3 января 2017 на Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.