Patriotlar (Amerika inqilabı)

Patriotlar (həmçinin inqilabçılar, kontinentallar, üsyançılar və ya viqlər kimi tanınır) — Amerika inqilabı zamanı Böyük Britaniya krallığının koloniyalar üzərində nəzarətinə qarşı çıxan On üç koloniyada kolonistlər. Patriot siyasətçilər Amerika müstəmləkələri ilə bağlı Britaniya siyasətlərinə müstəmləkəçi müxalifətə rəhbərlik etdilər və nəticədə 4 iyul 1776-cı ildə Birləşmiş Ştatların İstiqlal Bəyannaməsini qəbul etmişdilər. 1776-cı ildə ABŞ İstiqlal müharibəsi başlayandan sonra patriotlar britaniyalılar və onların müttəfiqlərinə qarşı mübarizə aparmışdır. Müstəmləkələr 1783-cü ildə Birləşmiş Ştatlar kimi müstəqillik qazanmışdır.

ABŞ İstiqlal müharibəsi zamanı bir qrup patriotu təsvir edən rəsm əsəri.

Tomas Cefferson, Con AdamsTomas Peyn kimi görkəmli patriot siyasi nəzəriyyəçilər Amerika maarifçiliyinə rəhbərlik etmişdilər, bu da öz növbəsində Frensis Bekon, Con LokkJan-Jak Russo kimi Avropa mütəfəkkirlərindən ilhamlanmışdır. Amerika inqilabından əvvəl bütün On üç koloniyada köləlik mövcud olsa da, bu məsələ patriotlar arasında mübahisəyə çevrilmişdir. Onlardan bəziləri onun ləğvini dəstəklədi, digərləri isə köləlik lehinə düşüncəni müdafiə etmişdir.

Patriotlar koloniyalardakı hər bir sosial və etnik qrupun üzvlərini əhatə edirdi. Amerika inqilabı müstəmləkə əhalisini üç qrupa ayırmışdı: Britaniya hakimiyyətinin sona çatmasını dəstəkləyən patriotlar, Britaniyanın koloniyalar üzərində nəzarətini davam etdirməsini dəstəkləyən loyalistlər və bitərəf qalanlar. Patriotları dəstəkləyən afroamerikalılar qara patriotlar, Britaniya tərəfindəki afroamerikalılar isə qara loyalistlər kimi tanınırdılar.

İstinadlar

    Əlavə ədəbiyyat

    • Ellis, Joseph Founding Brothers: The Revolutionary Generation (2002), Pulitzer Prize
    • Kann, Mark E.; The Gendering of American Politics: Founding Mothers, Founding Fathers, and Political Patriarchy, (1999) online version
    • Middlekauff, Robert; The Glorious Cause: The American Revolution, 1763–1789 (2005) online version
    • Miller, John C. Origins of the American Revolution. (1943) online version
    • Miller, John C. Triumph of Freedom, 1775–1783 (1948) online version
    • Previdi, Robert; "Vindicating the Founders: Race, Sex, Class, and Justice in the Origins of America", Presidential Studies Quarterly, Vol. 29, 1999.
    • Rakove, Jack. Revolutionaries: A New History of the Invention of America (2010) excerpt and text search
    • Raphael, Ray. A People's History of the American Revolution: How Common People Shaped the Fight for Independence (2002).
    • Roberts, Cokie. Founding Mothers: The Women Who Raised Our Nation (2005).
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.