Patrik Züskind

Patrik Züskind (alm. Patrick Süskind) - Müasir alman yazıçısı, dramaturqu və ssenaristi.

PATRİK ZÜSKİND
alm. Patrick Süskind
Doğum tarixi
Doğum yeri Ambax, Bavariya, Almaniya Almaniya Almaniya
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti Yazıçı, ssenarist, dramaturq
Fəaliyyət illəri 1980-ci ildən
Janrlar Roman, pyes, ssenari.
Tanınmış əsərləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Patrik Züskind 26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında doğulub. Holtshausendə böyüyüb və ilk təhsilini orada alıb. Məktəbi bitirib və orduda xidməti başa vurduqdan sonra bir il "Aix-En-Provonce" leksiyalarında iştirak edib, öz biliklərini fransız dili və mədəniyyətinin öyrənilməsinə sərf edib.

Züskind sonralar ssenarilər yazmaqla pul qazanmağa başlayıb. O, rejissor Helmut Ditl ilə məşhur "Kir Royal", "Monako Frans" və "Rossini və ya kim kim ilə yatdı" adlı televiziya filimlərinə ssenari yazıb.

Azərbaycanda çapdan çıxmış "Ətriyatçı" romanının üz qabığı

Teatr səhnəsində Züskind ilk nailiyyətini "Kontrabas"ı yazmaqla qazanıb. Sonra ona dünya şöhrəti gətirən "Ətriyyatçı" (1985) romanı, "Göyərçin" (1987) və "Cənab Zommerin tarixi" (1991) novellalarını yazıb.

Hal-hazırda gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada əsasən də Mansardanda yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə saldığına görə alman mətbuatı onu "əyləncəli alman ədəbiyyatının kabusu" adlandırır.

2006-cı ildə "Ətriyyatçı" romanı ekranlaşdırılıb.

Roman və povestləri

  • Ətriyyatçı. Bir qatilin hekayəsi (Das Parfum), 1985
  • Göyərçin (Die Taube), 1987
  • Cənab Zommerin hekayəsi (Die Geschichte von Herrn Sommer), 1991

Pyesləri

Ssenariləri

  • Kir Royal (Kir Royal), 1986
  • Monako Frans (Monaco Franze), 1982
  • Rozini və ya kim kim ilə yatdı (Rossini – oder die mörderische Frage, wer mit wem schlief), 1997

Xarici keçidlər

  1. Focus Online (alm.). 1996.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.