Patrik Modiano

Patrik Modiano (fr. Patrick Modiano; 30 iyul 1945[1][2][…], Bulon-Biyankur, Sena[d], Fransa[3]) – - Fransız roman yazarı və 2014-cü il Ədəbiyyat üzrə Nobel mükafatını qəbul edən şəxsdir. O, əvvəlcə 2012-ci ildə Avropa Ədəbiyyatı üçün Avstriya Dövlət Mükafatı, 2010-cu ildə həyat boyu nailiyyət üçün Prix mondial Cino Del Duca, 1978-ci ildə Prix Goncourt1972-ci ildə Grand Prix du roman de l'Académie française sahibi oldu. Onun əsərləri 30-dan çox dilə tərcümə edilib və Fransa və ətrafında məşhurlaşıb.

Patrik Modiano
fr. Patrick Modiano
Doğum adı Jean Patrick Modiano
Doğum tarixi 30 iyul 1945(1945-07-30)[1][2][…] (78 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
  • IV Henri Liseyi[d]
Fəaliyyəti ssenarist, yazıçı, dramaturq, söz yazıçısı[d], esseist
Fəaliyyət illəri 1968-ci ildən
Əsərlərinin dili fransız dili
Janrlar roman, bioqrafiya, uşaq ədəbiyyatı
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi
ədəbiyyat üzrə Nobel mükafatı
lereseaumodiano.blogspot.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ədəbiyyat üzrə 2014-cü il Nobel mükafatına Patrick Modiano “özünün ən anlaşılmaz insan talelərinə yol açan və sənət dünyasının-həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə” layiq görülmüşdür.

Həyatı

Patrick Modiano 1945-ci il, iyulun 30-da Paris şəhəri ətrafında yerləşən Bulon-Biyankur icmasında anadan olmuşdur.Onun atası iş adamı, anası isə aktrisa idi. Orta məktəbi bitirdikdən sonra Patrick Modiano Parisdə “IV Henri liseyi”ndə təhsil almağa başlayır.Onun inkişafında həlledici rol oynayan yazıçı Reymond Kunu həndəsədən Patrickə özəl dərs verir. Artıq 1968-ci ildə Modiano bir yazıçı kimi özünün ilk debütünü edir və böyük maraqla qarşılanan “Ulduzların yerinə” (La place de l’étoile) əsərini yazır.

Modianonun əsərləri əsasən yaddaş, huşsuzluq, şəxsiyyət və günah kimi mövzulardan bəhs edir. Onun əsərlərində Paris şəhəri dəfələrlə öz əksini tapır və demək olar ki, “yaradıcı iştirakçı” kimi çıxış edir.Modianonun hekayələri əsasən avtobioqrafik səciyyə daşıyır və ya alman işğalı dövründə baş vermiş hadisələrdən bəhs edir. O, müsahibə,qəzet məqalələri və özünün illər boyu yığılıb qalmış qeydlərindən əsərləri üçün material kimi də istifadə edir. Patrick Modianonun romanları bir-biri ilə sıx şəkildə əlaqəlidir və bəzən daha əvvəlki epizodlar uzadılır,obrazlar müxtəlif hekayələrdə yenidən iştirak edirlər. Yazıçının yaşadığı yer və oranın tarixi onun hekayələrini bir-biri ilə əlaqələndirməyə şərait yaradır.İkinci Dünya müharibəsindən bəhs edən sənədli əsərində Holokaustun qurbanlarından biri olan Dora Bruder adlı 15 yaşlı qızın real həyat hekayəsindən danışılır. Avtobioqrafik obrazı ən aydın şəkildə izah edən əsərləri içərisində 2005-ci ildə yazdığı “Bir ailə”-ni xüsusilə qeyd etmək lazımdır.

Modianonun bir çox əsərləri ingilis dilinə tərcümə olunmuşdur.Bunlara misal olaraq, “Dairəvi yol”, “Villa triste”, “Kinin buraxdığı izlər”, “Bal ayı”nı göstərmək olar. Onun 2014-cü ildə yazılmış ən son əsəri isə “Siz niyə öz qonşuluğunuzda itmirsiniz”dir.Modiano həmçinin uşaq kitabları və film ssenariləri də yazmışdır. Kinorejissor Luis Mal ilə birlikdə Almanların Fransanı işğalı dövründən bəhs edən Lacombe Lucien (1974) adlı bədii film çəkmişdir. [5]

Mənbə

İstinadlar

  1. Kuiper K. Patrick Modiano // Encyclopædia Britannica (ing.).
  2. Patrick Modiano // filmportal.de. 2005.
  3. Deutsche Nationalbibliothek Record #118784382 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. LIBRIS. 2017.
  5. Bas Wohlert, Camille. "Patrick Modiano of France wins Nobel Literature Prize". The Rappler. 9 October 2014. 10 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.