Pastuxov daşsarmaşığı

Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.

Pastuxov daşsarmaşığı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Yarımfəsilə:
Növ:
Pastuxov daşsarmaşığı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  85359

Təbii yayılması

Rusiya (Dağıstan) və Şimali İranda təbii arealı vardır. Azərbaycanda ilk dəfə Qusarda təsvir edilib.

Botaniki təsviri

Boyu 30–35 m-ə çatan, sarmaşan kol bitkisidir. Yarpaqları adətən qalın dəricikli, bəzən isə nazik dəricikli olur, üst tərəfdən tündyaşıl, alt tərəfdən açıq rəngli, hər iki tərəfdən çılpaq və yaxud alt tərəfdə seyrək ulduzabənzər pulcuqları vardır, uzunluğu 13 sm-ə, eni 7 sm-ə qədərdir, iysizdir. Yarpaqların forması dəyişkəndir: yerə sərilən budaqların yarpaqları dairəvi-ürəkşəkilli və tamkənarlıdır. Dırmaşan budaqların yarpaqları isə uzunsov-yumurtaşəkilli və neştərşəkilli formaya qədər, qaidə hissəsi dərin ürəkşəkillidən kəsilmiş və pazşəkilli formaya qədər dəyişir, tamkənarlı və ya bölümlüdür. Çiçək qrupu şarvari çətirdir, 5–20 çiçəklidir, çətirlər uzun, nazik ayaqcıqda, 2–6 sm uzunluqda, tək və ya 3–8 salxımlıdır. Bütün çiçək qrupu və yarpaqcıqların kənar hissəsi sıx, parlaq, sarı-qonur pulcuqlarla örtülüdür. Pulcuqlar çətinliklə seçilir. Meyvələri qara, 6–10 mm diametrindədir.

Ekologiyası

Rütubətli, gilli torpaqlarda yaxşı bitir, kölgəsevəndir. Əsasən kölgəli meşələrdə yayılmışdır. Antropogen amillərin təsiri və iqlim amillərinə həssaslığı təhlükə yarada bilər. Rütubətli, gilli torpaqlarda yaxşı bitir, kölgəsevəndir. Məhdudlaşdırıcı amillər sırasında meşələrin qırılması nəticəsində yaşayış mühitinin pisləşməsi ilk yerdə durur. Xüsusi qorunan ərazilərdə mühafizəsinin təşkili təklif olunur. Qorunması üçün yeni yasaqlıqların yaradılması zəruridir.

Azərbaycanda yayılması

Azərbaycanın nadir, relikt bitkisidir. Təbii ehtiyatı Azərbaycanda çox geniş deyildir. Zaqatala, Şəki, Qax, Quba, Xaçmaz, Qusar, Astara rayonları ərazilərində, Lənkəran ovalığında, Lənkəranın dağlıq hissəsində — ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır. Abşeronda mədəni şəraitdə becərilir. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir.

İstifadəsi

Yüksək dekorativli dırmaşan koldur, yaşıllaşdırmada istifadə olunur.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.