Pastoral
Pastorál — (fransız dilində: çobana aid, çoban (sif.)) çoban həyatını idilliyya şəklində təsvir edən bədii (ədəbiyyat), təsviri (təsviri incəsənət) və ya musiqi əsəri. Pastoral olur:
- Pastoral musiqi. Təbiəti və ya kənd həyatını səsləndirən musiqi əsərləri. Pastoral musiqisinə 6/8, 12/8 ölçülər xarakterikdir. Vivaldi, Skarlatti, Kuperen, Bax və digər bəstəkarların yaradıcılığında pastoral musiqiyə yer ayrılmışdır. Bethovenin hətta məşhur Pastoral simfoniyası da var.
- Kənd həyatını təsvir edən opera, pantomima, yaxud balet. Pastoral operalarını Qlük, Mosart, Lülli, Ramo yazmışlar.
- Bukolika. Çobanların həyatını təsvir edən antik poeziya.
- Bukolika dünyagörüşünü canlandıran Avropa ədəbiyyatı növü.
Xarici keçidlər
![](../I/Commons-logo.svg.png.webp)
Vikianbarda Pastoral ilə əlaqəli mediafayllar var.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.