Pasterellyoz
Pasterellyoz (Pasteurellosis) — Pasterellyoz infeksion xəstəlik olub, iti gedən zaman septisemiya əlamətləri, digər gedişlərdə isə ən çox ağciyərin iltihabı ilə səciyyələnir.
Pasterellyoz | |
---|---|
XBT-10-KM | A28.0 |
XBT-9-KM | 027.2[1][2] |
MeSH | D010326 |
Tarixi məlumat
Xəstəliyin infeksion xarakterili olmasını ilk dəfə Bollinger 1878-ci ildə qeyd etmişdir. Sonralar Kitt qaramalda (1885-ci ildə), E.M.Zemmer, Pirronçito və Rivolto isə qoyunlarda pasterellyozun törədicisini müəyyən etmişlər.
1880-ci ildə Paster quşlarda pasterellyozun törədicisini, 1881-ci ildə dovşaların pasterellyozunu Qafki, 1836-cı ildə Lofler donuzların, Qreste 1887-ci ildə camışların, Qalte 1889-cu ildə xırdabuynuzlu heyvanların pasterellyozu haqqında ilk məlumat vermişlər. Paster quşlarda pasterelyozun törədicisinin tam öyrənmiş və bakteriyanın kulturasını zəiflədərək vaksin hazırlamışdır. 1910-cu ildə ayrılmış törədici Pasterin şərəfinə pasterella, xəstəlik isə pasterellyoz adlandırılmışdır.
Xəstəliyin törədicisinin zooloji təsnifatı haqqında elmdə uzun müddət mübahisə olmuşdur. Yalnız 1939-cu ildə Rozenbuş və Merqant tərəfindən xəstəliyin törədicisi bütün növ heyvanlarda Pasterella multocida olduğu sübut olundu.
Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanların pasterellyozuna qarşı effektli vaksin akademik M.Q.Qəniyev tərəfindən hazırlanmışdır.
Pasterllyoz geniş yayılmış xəstəliklərdən olmaqla ən çox quşlarda, donuzlarda, az halda isə iri və xırdabuynuzlu heyvanlarda müşahidə edilir.
İqtisadi zərər: Xəstəlik nəticəsində ölüm baş verir, məcburi kəsim aparılır, daxili orqanlar və cəmdəyin bir hissəsi çıxdaş edilir, cəsəd və dərinin zərərsizləşdirilməsinə xərc çəkilir, sağlamlaşdırıcı və profilaktiki tədbirlər yerinə yetirilir, bu da kifayət qədər iqtisadi zərərə səbəb olur.
Törədicisi
Xəstəliyin törədicisi Pasterella multocida hərəkətsiz, törədici spor yaratmır.
Davamlılığı: Xəstəliyin törədicisi nisbətən davamsız olmaqla yüksək temperatur, günəş şüaları və qurumanın təsirindən bir neçə dəqiqəyə inaktivləşir.
Pasterellalar 70-900 C istilikdə 5-10 dəqiqəyə, 1000 C-də 1 dəqiqəyə, 1-50 C вЂ"də isə bir neçə gün müddətində tələf olurlar. Peyində 4 aya, çürümüş cəmdəkdə 1 aya qədər sağ qalır.
Dezinfeksiyaedici maddələrdən karbol turşusu 5%-li məhlul halında 1-3 dəqiqəyə, 5%-li xlorlu əhəng məhlulu 4-5 dəqiqəyə, 3-5%-li soda məhlulunu 50-600 C-də qızdırıldıqda 3-5 dəqiqəyə amilə öldürücü təsir göstərir.
Epidemioloji xüsusiyyətləri: Xəstəliyə əksər kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar və quşlar həssasdır. Ot və ət yeyən heyvanlarda, pasterellyoz çox vaxt sekundar(iki infeksiyalı) infeksiya formasında müşahidə edilir.
İnsanlar da pasterellyoza xəstələnir. Xəstəlik törədicisinin mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlardır. Belə heyvanlar pasterellalar ən çox tənəffüs yollarında gəzdirir və burun axıntısı ilə ətraf mühiti çirkləndirir. Xəstəliyə qeyri-sağlam təsərrüfatlarda rast gəlinir və amil sağlam heyvan orqanizmində olub heyvanın ümumi rezistenliyi müəyyən səbəblərdən aşağı düşdükdə xəstəlik törədir.
İribuynuzlu və xırdabuynuzlu heyvanlar yaşından asılı olmayaraq xəstəliyə həssasdırlar. Camış da xəstəliyə həssasdır, onların arasında ölüm iribuynuzlu qaramala nisbətən iki dəfə çoxdur.
Xəstəlik mövsümi xarakter daşımır. Qoyunlar arasında xəstəliyə ilin bütün fəsillərində rast gəlmək olar. Xəstəliyə qışda və yazın əvvələrində daha çox təsadüf olunur.
Xəstəliyin quşçuluq təsərrüfatlarında yayılmasında gəmiricilər mühüm rol oynayır. Bir növ heyvan orqanizmində adaptasiya olunmuş amil digər növ heyvanlar üçün öz patogenliyini saxlayır.
Pasterellyozda xarakterik epidemioloji xüsusiyyətlərdən biri onun sürətlə yayılma qabiliyyətinə malik olmasıdır. Xüsusilə quşlar arasında sürətlə yayılma daha qabarıq formada nəzərə çarpır. Quşlar arasında pasterellyozun yayılmasında xəstəliyin törədicisi ilə çirklənmiş yumurta və xüsusilə onun inkubatora verilməsi mühüm rol oynayır.
Amilin yayılmasında yem, su, heyvana xidmət əşyaları əsas sayılır. Pasterellyoz amilinin xəstədən sağlamlara keçirilməsi bəzi gənələr vasitəsilə müşahidə edilir.
Təbii şəraitdə heyvanların yoluxması əsasən aerogen yolla baş verir.
Patogenez: Xəstəliyin patogenezi tam öyrənilməyib. Müxtəlif yollarla amil orqanizmə daxil olduqdan sonra, onun sonrakı inkişafı özünün virulentliyindən və orqanizmin rezistentliyindən asılıdır. Patoloji prosesin inkişafında amilin endotoksini mühüm rol oynayır.
Orqanizmə daxil olmuş amil əvvəlcə öz inkişafını düşdüyü mühitdə davam etdirir. Pasterellanın ən çox inkişaf etdiyi orqan tənəffüs sistemi olduğu üçün aerogen yoluxma asan olur. Amilimn ixrac etdiyi toksin selik qişasından qana sorularaq orqan və toxumanın ümumi müqavimətinin zəiflədir. Pasterellalar və onların toksini qan damarlarına, limfa axarlarına düşüb bütün orqan və toxumalara yayılır.
Yüksəkvirulentli pasterellalar orqanizmdə iti formalı gedişə malik olan pasterellyoz, zəifləri isə orqanizmin rezistenliyi kifayət qədər güclü olduğda yüngülgedişli xəstəlik törədir.
Gedişi və kliniki əlamətləri
İnkubasiya dövrü bir neçə saatdan bir neçə günə qədərdir. Xəstəlik çox iti, yarımiti, xroniki gedişə malikdir.
İtigediş zamanı temperaturun yüksəlməsi, ümumi düşkünlük, nəbzin tezləşməsi, gövşəmə aktının pozulması, mədə-bağırsaq sistemində hərəkətin zəifləməsi ilə əlaqədar olaraq defekasiyanın çətinləşməsi müşahidə edilir. Nəcis kütləsində selik və qan nəzərə çarpır. 1-2 gündən sonra ürək fəaliyyətinin zəifliyi ilə əlaqədar olaraq heyvan ölür. Bəzən xəstəliyin inkişafı uzanaraq yarımiti və xroniki gedişli olur. Bu zaman dərialtı toxumada, ağız boşluğunda və udlağın selikli qişası altında şişlərin əmələ gəlməsi ilə özünü göstərir. Bəzən heyvanlarda fibrinozlu pnevmoniya əlamətləri aşkar edilir. Buna görə də xəstəliyin şiş, döş və bağırsaq forması müşahidə edilir.
Xəstəliyin döş formasında heyvanlarda tənəffüsün çətinləşməsi, quru öskürək, burun yolundan köpüklü axıntı nəzərə çarpır. Xəstəliyin sonunda qanlı ishal görünür və əksərən bir neçə günə ölüm baş verir. Xəstəliyin şiş formasında heyvanın baş nahiyəsində, boyunda, köks nahiyəsində, bəzən isə ətrafların dərialtı toxumalarında şiş müşahidə edilir. Xəstəliyin bağırsaq formasında əsasən həzm sisteminin kəskin pozğunluğu baş verir. Heyvanlarda iştahaın normal olmasına baxmayaraq onlarda ümumi zəiflik və anemiya inkişaf edir. Heyvanlarda tənəffüsün çətinləşməsi və ürək fəaliyyətinin zəifləməsi nəticəsində heyvan tələf olur. Xroniki gediş zamanı həzm və tənəffüs sisteminin funksiyası zəif dərəcədə pozulur, güclü ishal nəticəsində heyvanlarda arıqlıq baş verir. Camışlarda da pasterellyozun gedişi qaramalda olduğu kimidir.
Qoyunlarda pasterellyoz zamanı temperaturun 41,50 C-yə qədər yüksəlməsi, bəzən gövdənin ön tərəfində dərialtı toxumalarda şiş, ağciyərdə fibrinozlu plevropnevmoniya müşahidə edilir. Xəstəliyin ikinci və üçüncü günü ishal baş verir. İshaldan sonra bədən temperaturası 40,50 C qədər aşağı düşür. Görünən selikli qişaları qızarır (hiperemiya). Burun böşluğundan irinli maye axır. Tənəffüs çətinləşir, öskürür, döş boşlüğünü əllədikdə ağrı hiss edir və narahat olur. Xəstəlik 2-3 gün davam edir və ölümlə nəticələnir. Xəstəliyin yarımiti və xroniki gedimşi zamanı qoyunlarda fibrinozlu plevropnevmoniya, rinit, keratit, oynaqların iltihabı və arıqlıq baş verir.
Quzular arasında ölüm 1-2 gün müddətində baş verir. Donuzlarda çox iti və iti forma zamanı ümumi əlamətlərlə yanaşı faringit, çənəaltı sahənin şişi görünür. Şiş çox böyüdükdə asfiksiya (boğulma) nəticəsində 1-2 günə tələfat baş verir. Bəzən heyvanlarda plevropnevmoniya simptomları inkişaf edir. Bu zaman boğulma, burundan selikli-irinli və bəzən isə qanlı axıntı gəlir. Xəstəlik bir həftəyə qədər davam edir və ölümlə nəticələnir. Çox itigediş zamanı quşlarda heç bir kliniki əlamət görünmür, qəflətən ölüm baş verir. İtigediş zamanı quşlarda ümumi zəiflik, yemdən imtina, qanadların aşağı sallanması, temperaturun 440 C-yə qədər yüksəlməsi, tənəffüsün çətinləşməsi görününr. Burun dəliklərindən köpüklü maye axır, pipik və saqqal sianozlu olur. Quşlarda qanlı ishal başlayır və 1-2 gündən sonra ölür.
Diaqnoz
Pasterellyoza diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, klinik əlamətləri, patoloji-anatomik dəyişiklikləri nəzərə alınmalı və bakterioloji müayinə aparılmalıdır.
Təfriqi diaqnoz: İribuynuzlu heyvanlarda pasterellyozu qarayara, emfizematoz karbunkuldan, xırdabuynuzlu heyvanlarda вЂ" qarayara, bradzot, yaman şiş, diplokokkoz və diktiokoulyozdan, quşların nyukasl xəstəliyindən, donuzlarda taun, qarayara və qızılyeldən təfriq etmək lazımdır.
Qarayarada qan laxtalanmır, dalaq böyüyür və bakterioloji müayinə zamanı Bac.anthracis aşkar edilir. Emfizematoz karbunkulda qalın əzələlərdə xışıldayıcı şişlər əmələ gəlir, xəstəliyə iribuynuzlu və xırdabuynuzlu heyvanlar həssasdır. Bakterioloji müayinə zamanı isə Cl.chaüvaci tapılır.
Qoyunların diktiokaulyozunda da öskürmə və çənəarası nahiyədə şişlər görünür. Lakin pasterllyozdan fərqli olaraq burada iştaha normal olur. Laboratoriyada Beprman-Orlov üsulu ilə heyvan nəcisində helment süfrələrinin tapılması diktiokaulyozun olmasını göstərir.
Nyukasl xəstəliyinə yalnız toyuqlar tutulur və bakterioloji müayinə zamanı mikrob (bakteriya) tapılmır. Korbağırsaq çıxıntıları, düzbağırsaq və vəzili mədə ilə əzələli mədə sərhədində qan sağıntıları görünür.
Donuzların taununda yoğun bağırsaqda taun В"qönçələriВ" və dalaqda infarkt sahələri aşkar edilir. Qarayarada isə patoloji proses əsasən angina formasında gedir. Bütün bunlarla yanaşı bakterioloji müayinə ilə diaqnoz dəqiqləşdirilir.
Müalicə
Xəstəlik qeyd edilmiş təsərrüfat və fermada bütün heyvanlar klinik müayinədən keçirilir, bədən temperaturu ölçülür, xəstə heyvanlar sağlamlardan ayrılır . Müalicə məqsədilə serumdan və antibiotiklərdən istifadə edilir.
Pensilinlə streptomisinin birgə işlədilməsi yaxşı nəticə verir. Pensilin ayrılıqda pasterelyoza təsir etmir. Pasterelyoz əleyhinə serum xəstəliyin ilk dövrlərində yaxşı nəticə verir, və serumla antibiotik və sulfanilamid preparatları birlikdə işlədilməsi yaxşı səmərə verir. Pasterelyozla xəstə quşlar müalicə edilmir.
İmmunitet
Təbii şəraitdə xəstələnib sağalmış heyvanlarda immunitet yaranır. Xəstələnib və peyvənddən sonra qeyri-steril immunitet yaranır, ona görə də heyvanlarda xüsusilə quşlarda və xırdabuynuzlu heyvanlarda pasterella daşıyıcısı müşahidə edilir.
1947-ci ildə keçmiş SSRİ məkanında iribuynuzlu malqaranın və camışların pasterelyozuna qarşı akademik M.Q.Qəniyevin pasterelyoza qarşı yarımmaye hidrrookisalüminformol vaksinində istifadə edirdilər. Vaksin iki dəfə vurulmaqla 8 ay immunitet yaradırdı.
Donuzların diplokokk septisemiyasına, paratifinə və pasterelyozuna qarşı polivalent formol vaksin (PPD) istifadə edilir.
Profilaktika və mübarizə tədbirləri
Ferma və təsərrüfatlarda iri və xırda buynuzlu heyvanların, donuzların pasterelyozu müşahidə edildikdə bütün heyvanlar kliniki müayinədən keçirilir. Xəstə və xəstəliyə şübhəli heyvanlarda müalicə aparılır, sağlamlar isə vaksinasiya edilir.
Ətliyə verilən heyvanlardan başqa, qalanlarının təsərrüfatdan kənara çıxmasına, digər həssas heyvanların təsərrüfata gətirilməsinə, başqa xcəstəliklərə qarşı cərahiyyə əməliyyatı və vaksinayasının aparılmasına, məcburi kəsilmiş heyvanların ətindən istifadə edilməsinə, xəstə heyvanların otarılması və suvarılmasına icazə verilir.
Qeyri-sağlam təsərrüfatlarda immunizasiya ilə yanaşı gəmiricilər ləğv edilməlidir, tövlələr daimi dezinfeksiya edilməlidir. Ölmüş heyvanların cəmdəkləri yandırılır.
Quşların pasterelyozu zamanı xəstəlik baş vermiş quş damı təcrid edilir. Xəstələr öldürülür və cəsədlər yandırılır.
Cari dezinfeksiya məqsədi ilə 5%-li kreolin, 2%-li natrium qələvisi və 20%-i sönmüş əhənk məhlulundan istifadə edilir.
Xarici keçidlər
- Disease Ontology (ing.). 2016.
- Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.