Mavi qonaqotu
Passiflora caerulea (lat. Passiflora caerulea) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. Vətəni Cənubi Braziliya və Argentinadır.
Mavi qonaqotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Passifloroideae Triba: Passifloreae Cins: ???: Mavi qonaqotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki təsviri:
Həmişəyaşıl liandır. Düzənliklərdə və dağlarda dəniz səviyyəsindən 1200 m-ə qədər hündürlükdə bitir. Bu bitkinin cavan yarpaqları qırmızı, yaşlı yarpaqları isə tünd yaşıl, uzunsov formalı, 5-7 hissəyə dərin bölünmüş, diametri 20 sm-ə qədərdir. Çiçəkləri iri, mavi rəngli, təkdir, diametri 7-9 sm, zərif ətri feyxoanın çiçəklərinin ətrinə bənzəyir. Erkəkcikləri və dişiciyi əhatə edən rəngli saplaqlardan ibarət «tac» bitkiyə əsas dekorativ effekt verir. Əsasən yaz-payız dövründə çicəkləyir. Meyvəsi qışda yetişir. Meyvələri uzunluğu 6 sm-ə qədər olan yumurtaşəkilli giləmeyvədir, yetişdikdə sarımtıl-narıncı rəngli, dadsız, içərisində çoxsaylı toxumları olur.
Ekologiyası:
- 4-6oC - dək soyuqlara dözür. Turşulu, zəif turşulu torpaqlarda əkilməsi məqsədyönlüdür. Havanın temperaturunun kəskin dəyişməsindən yarpaqlarını tökə bilər. Yarpaqların saplaqlarında və yarpaq ayalarının kənarlarında qarışqaları cəlb edən xüsusi nektar vəzicikləri vardır və təbiətdə bitkiləri zərərvericilərdən mühafizə edir. Tor gənəsi ilə tez-tez zədələnə bilər.
Azərbaycanda yayılması:
Abşeronda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi:
Şaquli yaşıllaşdırmada dekorativ bitki kimi istifadə olunur.
İstinadlar
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 959.
http://dendrologiya.az/?page_id=3207 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Məlumat mənbələri
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad
- Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh