Parsilər
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır.[1] Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir.[2]
Toy mərasimində çəkilmiş portret (Hindistan, 1948) | ||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
cəmi 110 min. | ||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||
Etimologiya
"Parsi" sözü "Pars sakini" mənasını bildirir.[3] Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir.[4] Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi.[5] Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir.[6]
Tarixi
VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi. Bu müddət boyunca indiki zaman "Parsilər" adı ilə tanınan iranlılar hər iki şərti rədd etmiş və İranı tərk etmişlər.[7] Parsilər VIII əsrdən başlayaraq Hindistan və digər ərazilərə köç etməyə başlayırlar.[8] Onların Böyük Xorasan ərazisindən digər dövlətlərə köç edən ilk xalq olmaları haqqında ilk məlumatlar farsca yazılan "Sancanın tarixi" (Qissa-i Sanjan) əsərində rast gəlinir.[9] Maharaştranın mərkəz şəhəri olan Mumbay, önəmli ticarət mərkəzi olduğundan, parsilərin bir çoxu bu əraziyə köç etmişlər.[5] XIX əsrin birinci yarısında Mumbayda bir çox təhsil müəssiləri açılan müddətdə, parsilər bu mədəniyyəti müvəffəqiyyətlə mənimsəmişlər. Beləcə, onlar Hindistanın ticarət və emalat sahələrində əhəmiyyətli yer tutmuşlar.
Danışıq dili
Hindistanda yaşayan bir çox parslar artıq doğma parsi danışıq dillərini unutmuşlar. Hal-hazırda onlar arasında Hindistanın əsas danışıq dillərindən biri olan qucarat dili mühüm yer tutur.
Görkəmli şəxsiyyətlər
- Böyük Britaniya İcmalar palatası ilk hindli üzvü və Milli Hind Konqresinin yaradıcılarından biri olan Dadabhay Naoroci (1825–1917) parsi əsillidir;
- "Tata Qrupu" şirkətinin yaradıcısı Cəmşidci Tata (1839–1904) parsi əsillidir;
- Queen musiqi qrupunun ifaçısı Freddi Merkyuri (1946–1991) parsi əsillidir [10];
- Hindistanın baş naziri olmuş İndira Qandinin həyat yoldaşı Feroz Qandi (1912-1960) parsi əsillidir;
- Dahi nüvəçi-fiizik (atom, nüvə, kosmik şüalar fizikası) Homi Cahangir Bhabha (1909-1966) parsi əsillidir;
- Hindistan tarixində ilk feldmarşal, 1971-ci il 3-cü Hindistan-Pakistan qalibiyyət müharibəsində Hindistan ordusuna başçılıq etmiş Sem Manekşou (1914-2008) parsi əsillidir;
- Dünya şöhrətli dirijor Zubin Meta (1936) parsi əsillidir;
- Britaniya bəstəkarı, pianoçusu Kaixosru Şapurci Sorabci (ingiliscə Leon Dudley Sorabji) (1892-1988) parsi əsillidir;
- Kanada yazıçısı Rohinton Mistri (1952) pars əsillidir;
- Böyük Britaniya kralıçası Viktoriya tərəfindən cəngavər titulu verilmiş ilk hindistanlı (1842) sahibkar, mesenat, baronet (1857) Ser Cəmşidci Ciciboy (əsl adı Cəmşid, ingiliscə Sir Jamsetjee Jejeebhoy) (1783-1859) parsi əsillidir.
- Məşhur spiritualist ustad Mehər Baba (Mərvan Şəhriyar İrani) (1894-1969) parsi əsillidir.
İstinadlar
- Jamshed Irani v. Banu Irani (1966), 68 blr 794, Justice Mody
- Janet Kestenberg Amighi, Zoroastrians of Iran, Conversion, Assimilation, or Persistence, p. 143
- Parsi (people) - Encyclopedia Britannica Arxivləşdirilib 2017-02-23 at the Wayback Machine Britannica.com. Yoxlanılıb: 2015-07-28.
- Parsi Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine calicutheritage.com. Yoxlanılıb: 2015-07-28.
- Darukhanawala, H.; Jeejeebhoy, J (1938), Parsi Lustre on Indian Soil, Vol. I, Bombay: G. Claridge.
- F. Schrader: Am Feuertempel. In: Magdeburgische Zeitung, Montagsblatt (Wissenschaftliche Beilage) Nr. 19, 1908.
- The Muslim Conquest of Persia By A.I. Akram.
- Darukhanawala, H.; Jeejeebhoy, J (1938), Parsi Lustre on Indian Soil, Vol. I, Bombay: G. Claridge
- Hodivala, Shahpurshah Hormasji (1920), "Kissah-i-Sanjan", Studies in Parsi History, Bombay
- "Freddie Mercury (real name Farrokh Bulsara) Biography". Inout Star. 10 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2010.