Parken Stadionu

"Parken" ( dan. Parken ) — Danimarkanın Kopenhagen şəhərində yerləşən futbol stadionudur. Danimarkanın aparıcı klublarından biri olan Kopenhagen Futbol Klubu ev oyunlarını bu stadionda keçirir. Stadion həmçinin, Danimarka milli futbol komandasənn əksər oyunlarına ev sahibliyi edir. Stadionun tutumu hal hazırda 38 065 nəfərdir.[1]

Parken Stadionu
Parken
Yeri Kopenhagen bələdiyyəsi[d]
Tamaşaçı tutumu 38.065
Ev sahibi komanda Kopenhagen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadion Futbol üzrə UEFA Avro 2020 turnirinə ev sahibliyi edəcək 11 stadiondan biridir.[2]

Tarixi

Stadionun tikintisi 1990-1992-ci illərdə aparılmışdır, son tutumu 38 065 nəfərdir. Arena 1990-cı ildə sökulən "İdretsparken" stadionunun yerində inşa edilmişdir. Yeni stadionda ilk oyun 9 sentyabr 1992-ci ildə keçirilib (Danimarka - Almaniya - 1: 2). 1994-cü ildə stadionda UEFA Kuboklar Kubokunun final oyunu keçirilib. Həmçinin 2000-ci ildə stadion UEFA Kuboku finalına ev sahibliyi edib ( Qalatasaray - Arsenal, penaltilər seriyasında 4-1).

Stadion tez-tez konsertlərin keçirildiyi məkandır. Müxtəlif dövrlərdə stadionda, Tiësto, Depeche Mode, The Rolling Stones, Selin Dion, U2, Corc Maykl, Erik Klepton, Pink Floyd, Metallica və başqa ifaçıların konserti olub.

2001-ci ildə stadionda Avrovizion Mahnı Yarışması keçirilib.[3]

Stadion tarixindəki rekord tamaşaçı sayı, 14 avqust 1997-ci ildə Maykl Ceksonun konsertinə 60 min ədəd bilet satılaraq qeydə alınıb. Son illərdə stadionda ən çox tamaşaçı sayı isə, 55 min biletin satıldığı və 23 iyun 2007-ci il tarixində baş tutmuş Castin Timberlleykin konserti zamanı olub.

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2012-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-19.
  2. "Arxivlənmiş surət". 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.
  3. https://www.webcitation.org/65QHiaGPb?url=http://www.eurovision.tv/page/news?id=7743
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.