Park Bulvar

Park BulvarBakı bulvarında yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. Mərkəz Baku Plaza Ltd tərəfindən 41.5 milyon dollara 7.500 kvadrat metrlik ərazidə tikilib. Park Bulvar Bakı metropoliteninin sahil stansiyasının yaxınlığında, Hökumət Evi ilə üzbəüz yerləşir. Ümumi ərazisi 17.000 kvadrat metr təşkil edir. 550 yerlik dayanacaq yeri var[2]. Mərkəzdə 99 mağaza fəaliyyət göstərir. Hər birinin ərazisi 50 kvadrat metrdən 370 kvadrat metrə qədər dəyişir. Burada eləcə də 1207 kvadrat metr ərazisi olan supermarket, 6 kinoteatr, planetarium, 3D kinotetr, Happy Land uşaq meydançası, foto studiya, Bakı körfəzinə baxan restoranlar, boulinq və digər obyektlər yerləşir. 3-cü və 4-cü mərtəbələrdə Türk, Rus, İtalyan, Çin, Meksika və Azərbaycan mətbəxindən olan təamları təklif edən restoranlar yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ticarət mərkəzinin açılışında iştirak etmişdir. Park Bulvar 700 nəfəri işlə təmin edir[1]

Park Bulvar
40°22′15″ şm. e. 49°50′59″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Tikilmə tarixi 20 iyul 2010[1]
Mərtəbə sayı 6 mərtəbə
Aidiyyatı Baku Plaza Ltd

Əsas mağazalar

İstinadlar

  1. "İlham Əliyev "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılışında iştirak etmişdir". www.president.az. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-12.
  2. Evgrashina, Lada; Antidze, Margarita. "Park Bulvar". www.neharada.com. 2012-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-12.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.