Parisin "Vensen qapısı" məhəlləsində terrakt
Vensen Qapıları qarşısında terror aktı — silahlı terrorçunun koşer ərzaq məhsulları dükanina 9 yanvar 2015-ci il tarixində Paris şəhərində hücümu. Terror aktı zamanı 5 nəfər həlak olub (terrorçunun ölümünü nəzərə almaqla). Hücum Paris şəhərində «Charlie Hebdo» jurnal redaksiyasında baş vermiş terror aktlndan 2 gün sonra baş verib.
Parisin "Vensen qapısı" məhəlləsində terrakt | |
---|---|
Hücum yeri |
|
Hücum hədəfi | koşer ərzaq məhsulları dükani |
Vaxt |
9 yanvar 2015 il 13:00—17:30 (UTC+1) |
Hücum üsulu | güllə atıcılığı, girov götürməsi |
Silah | İki aks-74u |
Həlak olanlar | 5 nəfər (terrorçunun ölümünü nəzərə almaqla) |
Terrorçular | Амеди Кулибали |
Girov sayı | 15 |
Vikianbarda əlaqəli mediafayllar |
Xadisələrin qedişaltı
9 yanvar saat 13:00 radələrində «Charlie Hebdo» jurnal redaksiyasında baş vermiş terror aktın səbəkarları olan Kuaşı qardaşlarının cinayət yoldaşı olan 32 yaşlı Amedi Kulibali , AKC74Y silahı ilə Paris şəhərində, Vensen qapıları ətrafında yerləşən "Hypercacher" koşer ərzaqları məhsulları mağazasını girov götürüb.
Terror aktı zamanı Kulibali 4 nəfəri öldürərək 15 nəfəri girov saxlayıb. Terrorçu Kaşai qardaşlarının qizləndiyi binanın Fransa Polisi tərəfindən ələ götürülməsi təqdirdə, girova götürülən şəxslərinin öldürəcəyini bildirib. Hadisə yeri dərxal fransa polisi tərəfindən əhatəyə alınıb.
Kulibalinin mağaya girdiyi anda mağazanın 24-yaşlı müsülman işçisi Lassana Batxili mağazanın 6 müştərisini mağazanın 0-cı mərtəbəsində yerləşən söndürülmüş soyuducu ambarda qizlədib. Sonradan yük lifti vasitəsi ilə qaça bilib, lakin çölə çıxdığı zaman anlaşılmasızlık nəticəsində Fransa Polisi tərəfindən terorrist kimi saxlanılıb.
Hadisə Şahidlərin bildirdiyinə görə, Kulibali ansimetik şuarlar qışqıraraq, girov saxlanları milliyətləri barədə sual verib və "yahudi" cavabı verən girov saxlananları öldürüb. CNN telekanalının MKİ-nin veridyi məlumata əsaslanaraq, terorçunun bütün hadisələri geyiminə bağlanmış GoPro kamerasına çəkdiyini bildirib. Sağ galmış girova götürlmüş şəxslərin bəziləri terrorçunun özunə məxsus notbuk vasitə silə internetə çıxmaq istəyib, lakin bunu bacara bilməyib. Sonradan terrorçu mağazada girova götürülmüş bir şəxsin onun mağazada yerləşən komyuterlərin birindən internetə çıxmasını məcbur edib. Komyuterə yaddaş kartını daxil edərək naməlum əməliyyatlar həyata keçirib. Sonradan BFM telekanalın redaksiyası ilə əlaqə saxlayaraq İŞİD-in üzvü olduğunu bildirib
Günün axırına Xüsusi təyinatlılar hücuma keçib bə terrorçu ləğv edilib. Şturm zamanl iki polis nəfəri xəsarət alıb.
- Mühasirəyə alınmış bina
Hücum edən şəxs
Amedi Kulibali Fransa doğulub. 17-yaşında bir neçə dəfə quldurluqa görə həmçinin Narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunub. Kulibali 2005-ci ildə ilk dəfə Şerif Kuaşi ilə həbsxanada tanış olub. Onun həmin zaman radikal islamın tərəfdarı olması ehtimal olunur.
Polisin verdiyi məlumata əsasən məhs Kulibali iki gün öncə Monrucda atəş açıb, atəş zamnı 1 polis əməkdaşını öldürülüb və bir yol nəqliyyat işçisi həsarət alıb. Kulibalinin həmin terror aktını Hayat Bumedyenlə birlikdə həyata keçirilməsi ehtimal olunur, lakin mağazada baş vermiş terror aktında digər terrorçu aşkar olunmayıb.
Həlak olanlar
- Yoav Hattab, 21, tələbə, Tunis[1] ölkəsinin baş ravvinin oğlu
- Filip Brem, 45, İT satış üzrə icraçı direktoru
- Johan Koen, 22, tələbə,
- Fransua-Mişel Səəd, 64, təqaüdçü
Dördü də ölümündən sonra Fəxri legion ordeni ilə təltif edilmişdir
2015-ci il yanvarın 13-də hadisənin qurbanları Yerusalimin Givat Şaul rayonunda yerləşən qəbiristanlığında dəfn edilmişdir. Həlak olanların son mənzilə yola salmağa minlərlə insan gəliblər. Mərasim zamanı İsrailin baş naziri Benyamin Netanyahu, İsrail prezidenti Reuven Rivlin və Fransanın ekologiya naziri Seqolen Ruayal çıxış edib.
- Cənazə həlak olanların dəfn, Givat Shaul.
- ABŞ-nin dövlət katibi Con Kerri və Fransanın xarici işlər naziri Loran Fabius.
Reaksiya
Fransa prezidenti Fransua Olland baş vermiş dəhşətli aktı antisemitizm kimi dəyərləndirilmişdi. Fransa hakimiyyəti Lassana Batxiliyə göstərilən qərəmanlığa görə fransa vətəndaşlığı verilməsini və Fəxri Legion ordeni ilə təltif edilməsini qərarına gəlmişdir.
İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 12-də hücuma məruz olan supermarketə baş çəkmişdir.
İsrailin xarici işlər naziri Aviqdor Liberman hücumun fransız yəhudiləri və ya fransız xalqının deyil , həm də bütün azad dünyanın qarşı olması bəyanatı ilə çıxış etmişdir[2].
ABŞ prezidenti Barak Obama Vox xəbər saytına müsahibəsində hücum zamanı həlak olan insanların təsadüfi qurban olduğunu bildirib.. O, həmçinin hadisənin təsviri üçün "terror aktı" sözündən istifadə etməyibi. Sonradan Ağ evin mətbuat katibi Coş Ernest bunları belə izah edib: Prezident öldürülən insanların öldürülməsini kim olduğuna görə deyil, harada olduqlarına görə baş ver verməsini bildirmək istəyib"
[3]. 16 yanvar tarixində ABŞ-nin Dövlət Katibi Con Kerri terror aktı baş vermiş yerə baş çəkib.
Yaddaş
2016-ci il yanvarın 5-də terror aktln baş vermiş binada xatirə lövhəsi açılmışdır.. Açılış mərasiminə Fransa prezidenti Fransua Olland başçılıq etmişdir. Parisin hakimiyyəti həlak olanların doğma və yaxınlarının xahişlərini nəzərə alaraq KİV nümayəndələrinin iştirakı maksimum məhdudlaşdırmlşdlr , protokol isə əklillərin qoyulması və bir dəqiqəlik sükutla kifayətləntləndirilmişdir.
İstinadlar
- "Qui étaient les quatre juifs tués à la porte de Vincennes?". Le Journal du Dimanche. January 11, 2015. January 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2018. (#apostrophe_markup)
- "Gunman 'Neutralized' At Kosher Supermarket Siege". Newsweek. 9 January 2015. 14 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2015.
- "Госсекретарь США Керри извинился за своё отсутствие во время марша единства в Париже" (rus). Газета.ru. 2015-01-16. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
Xarici keçidlər
Paris terror qurbanlarını anır (az.). Qazeta Club (10.01.2015)