Paratagenlər

ParatagenlərMidiya tayfa ittifaqına daxil olan tayfalardan biri.

İranşünaslar bu tayfanın İranmənşəli olduğunu yazırlar[1]. Herodotun Paratagen kimi yazdığı etnonim Bortoğandır. Qədim türk dillərində boro – boz, toğan (tuğan) isə tərlan quşunun adıdır. Görünür, bortoğan bu tayfanın onqonu olmuşdur.[2] Er. əv. 674-cü ilə aid asur mənbəində Midiyada Partakanu adlı ölkənin adı çəkilir[3]. Güman ki, bu toponim Portoqan tayfasının adını əks etdirir. X əsr müəllifi Konstantin Baqryanorodnıy Cənubi Şərqi Avropada kəngər-peçeneqlər içərisində Borotolmaq adlı tayfanın adını çəkir[4]. Başqırdlarda Boronayman adlı tayfa məlumdur. XIII əsrdə monqollarda Bor-tokan və Aktokan tayfaları vardı[5]. Orta əsrlərdə Ön Asiyada bir türk tayfası Boztoğan adlanırdı. Mənbələrdə monqolların Xartaqan (Kara-Toqan) tayfasının adı çəkilir[5] . Bütün bunlar parataken etnoniminin borotoqan etnonimindən təhrif olunduğunu göstərir.[2]

İstinadlar

  1. Дьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 148
  2. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991
  3. Дьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 262
  4. Константин Багрянородный. Об управлении империи. М., 1989
  5. Рашид ад-Дин. Джами ат-Таварих, Баку, 1956

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.