Parakənd (Gədəbəy)
Parakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Parakənd | |
---|---|
40°32′05″ şm. e. 45°41′25″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
- Parakənd oyk.
- Gədəbəy r-nunun Kiçik Qaramurad i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə qonşu Leşkər kəndindən ayrılmış ailələr salmışlar. Yerli əhalinin məlumatına görə kənd Leşkər kəndinin parası (hissəsi) kimi yarandığına görə belə adlandırılmışdır.
- Tovuz r-nunun Çeşməli i.ə.v.-də kənd. Dağ ətəyindədir. Kəndin ərazisində eyniadlı dağ da vardır. Tədqiqatçılara görə, oykonim para (qərb dialektlərində dənli və bostan bitkiləri üçün ayrılmış sahəyə deyilir), yaxud parağ/ parax (heyvan saxlamaq üçün çəpərlənmiş yer) və kənd sözlərindən yaranmışdır. Özbəkistanda Paraq adlı şəhər qeydə alınmışdır. Güman etmək olar ki, bu oykonimlərin tərkibindəki para komponenti həmin məntəqələrin dağətəyi ərazidə yerləşməsi ilə bağlıdır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1504 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.