Paradoks

Paradoks (q.yun. παράδοξος - qəribə, gözlənilməz) — ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Doğru zənn etdiyimiz fikir sonda səhv və ya əksinə də ola bilər.

"Bütün yunanlar yalançıdır" deyən yunan Epimenides tarixə məlum olan ilk paradoksun müəllifidir. Epimenidesin yunan olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət yaradıb.

Bu elə mühakimədir ki, müəyyən hökmün həm həqiqi olmasını, həm də yalanlığını sübut edir. paradoks doğru olan amma insan beynin heç cürə doğru qəbul edə bilmədiyi bir anlayışdır.

Məntiqi paradoks

Məntiqi paradoks-bu bir ziddiyyətdir, hansı ki sonda məntiqi cəhətdən düz olan nəticəyə çıxardır və eyni anda bu bir müzakirədir, hansıki qarşılıqlı fərqlənən fikirlərlə bitir.

Paradoksun məntiqi səhvi hələ ki tapılmıyıb, çünki məntiq metodları hələ o qədər mükəmməl deyildi. Amma paralogizminsofizmin məntiqi səhvi tapılıb.

Məntiqi paradoksun iki növü var: aporiyaantinomiya

Aporiyaya xas olan xüsusiyyət ondadıki, onun hamının qəbul etdiyi bir fikrə zidd olan arqumenti var. Anitomiya isə bir birinə qarşılıqlı zidd olan, amma eyni tərzdə sübüt etmək mümkün olan, iki müzakirəyə malikdir.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.