Parşurt monastırı
Parşurt monastırı (gürc. მრავალწყაროს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. IX əsrdə əsası qoyulmuş monastır, XIII əsrdə monqolların yürüşü zamanı talan edilmiş və bundan sonra tərk olunmuşdur.
Parşurt monastırı | |
---|---|
gürc. მრავალწყაროს მონასტერი | |
Ölkə | Gürcüstan |
Şəhər | Saqareco |
Yerləşir | Kaxeti |
Aidiyyatı | Gürcü Ortodoks Kilsəsi |
Tikilmə tarixi | IX əsr |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Tarixi
Abidə, 1995-ci ildə təşkil edilmiş elmi ekspedisiya zamanı Gürcüstan alimləri tərəfindən aşkarlanmış və qeydiyyata alınmışdır. Monastır haqqında mənbələrdə heç bir məlumat yoxdur. Yerləşdiyi əraziyə və yaxınlıqdakı bulaqlara görə gürcü alimlər tərəfindən Parşurt monastırı adlandırılmışdır. Memarlıq xüsusiyyətlərinə əsasən abidəin IX əsrdə inşa edildiyi, XIII əsrdə monqolların yürüşündən sonra isə tərk olunduğu ehtimal olunur.
Memarlıq xüsusiyyətləri
Monastır binası qeyri-adi günbəz formasına malikdir. Tikilinin interyerində çoxlu sayda freska qalıqları və 65 kitabə dövrümüzə çatmışdır. Kitabələrdən ən qədi olanı 851-ci ilə aiddir.[1]
İstinadlar
- "დავით გარეჯი". mogzaurisdgiurebi.blogspot.com. April 26, 2019. July 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2019.