Papua pinqvini

Papua pinqvini (lat. Pygoscelis papua) — Antarktika pinqvinləri cinsinə (Pygoscelis) Pinqvinlər fəsiləsinə aid olan növ. Adeli pinqviniantarktika pinqvini ilə qohumdur.

Papua pinqvini
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Papua pinqvini
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  174447
NCBI  30457
EOL  45512076
FW  173499

Ümumi məlumat

Ölçü baxımından İmperator pinqviniKral pinqvinindən sonra ən iri pinqvin növü hesab edilir. Erkəklər 9 kq, dişilər isə 7,5 kq olur[3]. Yetkin fərdlərin hündürlüyü 75–90 sm-dir. Suyun altında üzmə sürətləri 36 km/s olur ki, bu da bütün pinqvinlər arasında ən yüksək göstəricidir. Bu növün nümayəndələri əsasən kril və kiçik balıqlarla qidalanırlar.

Arxa hissəsi qara və ya tünd-boz rəngdə olur. Ön hissəsi isə ağ rəngdə olur. Ayaqları tünd narıncıdır.

Arealı

Yuva qurma əsasən Antarktida və Subantarktik qurşaqda həyata keçirilir. Dünyada ümumi sayları 320 000 başdır. Yuva qurma koloniya şəklində həyata keçirilir.

Həyat tərzi

Yuva qurma əsasən qumlu və gilli sahillərdə həyata keçirilir. Koloniya dənizlərdən 1–2 km məsafədə yerləşir.

Ymurta qoyma oktyabrın sonlarına bitir. Əsasən iki yumurta qoyur. Bir yumurtanın çəmisi 130 q-dır. Yumurtanı hər iki valideyn bəsləyir. Onlar birlikdə yumuurtaya 34 gün baxır. 1–3 gündən bir valideynlər növbələrini dəyişirlər. Balaların gər ikisi 24 saat ərzində yumurtadan çıxır. Balalar 3–4 həftə balalardan aralanmırlar.

Balalar artıq koloniyanı 14-cü həftəsində tərk edirlər. Əsas düşmənləri dəniz şiri, dəniz bəbiriosadır. Yumurtalar və balalar üçün təhlükə isə fırtınaquşlar və qağayılardır.

Mədəniyyətdə

  • Bu pinqvinlərin ən sürətli olması səbəbindən GNU/Linux fistrubüterlərindən biri onların adını daşıyır. Onların sürəti 36 km/s.[4] təşkil edir.
  • 2011 ildə çəkilən "Mister Poperin pinqvinləri" komediyasında 6 papuan pinqvini çəkilmişdir.

Qalereya

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.