Papirus
Papirus (yun. πάπυρος) və ya Biblios (βιβλίον — kitab) — qədim dövrdə (eramızdan 3000 il əvvəl) Misirdə və digər ölkələrdə yazı materialı, informasiya daşıyıcısı. Papirusların hazırlanması üçün su-bataqlıq bitkisi olan Cyperus papyrusdan istifadə edilirdi. Üzərində yazmaq üçün xüsusi perodan istifadə edilirdi. Tez bitən papirus bitkisi Nil çayının deltasında çox yayılmışdı, hal-hazırda az bitir. Misirdə papirusun istehsalı olduqca geniş idi və burada fabriklər hətta xəlifələrin vaxtlarında da mövcud idilər.
Ədəbiyyat
R.Əliquliyev, P.Salmanova. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı, İnformasiya Texnologiyaları, 2013, 169 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.