Papaqqapdı

PapaqqapdıAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

Papaqqapdı ilaxır çərşənbə və novruz günlərində uşaqların və yeniyetmələrin oynadıqları oyunlardan biridir.

Oyunun qaydaları

Oyunçuların hamısının başında papaq olmaqla çəkilmiş dairənin içərisində dairəvi şəkildə otururlar. Püşklə seçilmiş başçı əlində çubuq dairənin ortasında dayanır. O, papaqsız olur. Başçı çubuğu yerə vurub oyunçuları qorxudur. Onlar əl çala-çala:

Tağı-tağı tağbatağ
Başında yoxdu papaq.

Sözlərini beş dəfə təkrar deyirlər. Bu vaxt başçı oyunçulardan birinin papağını qapıb öz başına qoyur. Papağı götürlmüş oyunçu da sağ tərəfində oturan yoldaşının papağını qapıb öz başına qoyur. Belə-belə papaqqapma dövrə sona çatana qədər davam edir. Oyun bu yolla dörd-beş dəfə təkrar olunur. Papaqsız qalan oyunçu başçını əvəz eləyir. İndi o, dairənin içində hərlənib oyunçulardan kiminsə papağını qapmağa çalışır. Oyunçulardan yenə:

Tağı-tağı tağbatağ
Başında yoxdu papaq.

Deyib onu ələ salırlar. Bu sözlər papaqsızın papaq qapmasına qədər təkrar olunur. Oyun beləcə davam edir. Oyunçuların dəyirman daşının hərlənməsi istiqamətində papaq qapıb oyunu davam etdikləri üçün bəzi yerlərdə bu oyuna "Dəyirman oyunu" adı da verilib.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.