Panzer I Ausf. F

Panzerkampfwagen I Ausf. F, VK 18.01 kimi də tanınan, İkinci Dünya Müharibəsindən qalma Üçüncü Reyxin yüngül tankıdır. Panzer I yüngül tankının modifikasiyası kimi təyin edilməsinə baxmayaraq, VK.18.01 tamamilə yeni bir texnika idi və demək olar ki, onunla heç bir əlaqəsi yox idi. 1942-ci ildə Pz. Kpfw. I Ausf. F düşmənin möhkəmləndirilmiş müdafiə xətlərinə hücum etmək üçün nəzərdə tutulmuş yüngül tank kimi yaradılmışdır. Həmin ildə 30 ədəd istehsal edilmişdir (No 150301–150330). 1943-cü ildən Şərq Cəbhəsində və Yuqoslaviyada anti-partizan əməliyyatları üçün istifadə edilmişdir. 1942-ci ilin aprel və dekabr ayları arasında otuz Ausf F tankı istehsal edilmiş, onlardan səkkizi qiymətləndirilmək üçün Şərq Cəbhəsinə göndərilmişdir.[2]

Panzer I Ausf. F
Tipi Yüngül tank
İstismar tarixçəsi
İstismar illəri 1942-1944
İstismara başlanması 1943
İstismar edənlər Hitler Almaniyası
İstehsal tarixçəsi
Konstruksiya tarixi 1941-1942
İstehsalçı Krauss-Maffei[1]
İstehsal illəri 1942
İstehsal sayı 30
Xüsusiyyətləri
Ağırlığı 21 ton
Zireh 20–80 mm (0.79–3.15 düym)
Mühərrik HL 45P 6-cylinder
Sürət 25 km/saat (16 mil/saat)
Güc nisbəti 7.1
Mühərrik gücü 150 hp (110 kW)
Əsas silah 2 × 7.92 mm MG-34 pulemyotu
Uzunluğu 4.375 m (14 ft 4.2 düym)
Eni 2.640 m (8 ft 7.9 düym)
Hündürlüyü 2.050 m (6 ft 8.7 düym)
Ekipaj 2: tank komandiri və sürücü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pz. Kpfw. I Ausf. F, zireh baxımından Panzer II Ausf. J ilə demək olar ki, eyni idi. Lakin bu iki tankdan heç biri kütləvi istehsala cəlb edilməmişdir.

Texnikanın transmissiya sistemi individual torsion bar, əməliyyat mənzili isə düz yolda 150 km (93 mil); yolsuzluq şəraitində 110 km (68 mil) olmuşdur.

Tarixi

1938-ci ilin sonundan etibarən Alman ordusunun rəhbərliyi Panzer I tankının artıq döyüş tankı kimi heç bir potensiala malik olmadığını bilirdi və bütün yeni tədqiqatları kəşfiyyat və ya piyada dəstək tanklarına yönəldilmişdi. Panzer I Ausf. F orijinal Panzer I Ausf A, B və C. modellərinin bir neçə elementindən istifadə edən tamamilə yeni bir dizayn idi. Artırılmış zireh qalınlığı və yeni asqı sistemi ilə erkən Panzer I dizaynından tamamilə fərqlənirdi. Dizayn bürosu tankın mümkün olan maksimum zireh müdafiəsini quraşdırmağı tapşırmışdı.[3] Panzerkampfwagen I Ausf. F, piyada qoşunlarına hücum əməliyyatlarında kömək etmək üçün Panzer I yüngül tankını ağır və qalın zirehli (~80 mm) tanka çevirmək üçün nəzərdə tutulmuş dizayn idi. 30 ədəd ilkin sifariş 22 dekabr 1939-cu ildə verilmiş və həmçinin istehsalçı Krauss-Maffei tərəfindən istehsal edilmişdir. Lakin 100 ədəd əlavə sifariş hələ istehsalı başlamazdan əvvəl ləğv edilmişdir.

Təsviri

Zirehi

Pz. Kpfw. I Ausf. F Pz. Kpfw. II Ausf. J ilə eyni zireh quruluşuna malik olsa da, yuxarı frontal maili lövhədəki baxış portlarından biri yox idi. Qabaq tərəfindəki zirehinin qalınlığı 80 mm idi, o zamanların tank əleyhinə silahları üçün bu zireh demək olar ki, keçilməz idi. 80 mm ön zirehə yan və arxada 50 mm, yuxarı və aşağı tərəflərdə isə 25 mm zirehə malik idi. Bununla belə, zirehinin maililiyi çox az idi və ya heç yox idi.[4]

Silahı

Pz. Kpfw. I Ausf. F 2 ədəd MG-34 pulemyotundan istifadə edirdi.

Radiosu

Bu tankda istifadə edilən radio FuG 2 radiosu idi.

Mühərriki

Bu tankda istifadə edilən mühərrik Maybach HL 45P 6 silindrli karbiratorlu və giriş gücü 150 at gücündə olan, transmissiyası 4 irəli və 1 geri dişli 4 pilləli sürət qutusudur.

Hərəkət mexanizmi

Pz. Kpfw. I Ausf. F üçün üst-üstə düşən təkərlər və burulma çubuğu asqısı ilə xüsusi asqı (Schachtellaufwerk adlanırdı) hazırlanmışdır. Beləliklə, təkərin ətrafı mümkün qədər böyük ola bilərdi; bu da öz növbəsində, aşağı keyfiyyətli rezindən istifadə etməyə imkan verirdi (o vaxt Almaniyada rezinin xammalı az idi).

Ekipajı

Tank komandiri üçün tank qülləsinin içərisinə tankın ön və yan hissələrini göstərən beş episkop quraşdırılmışdı. Bundan əlavə, komandirdə iki MG 34 pulemyotu üçün bir visor da var idi. Sürücünün sol tərəfdə bir episkopun qarşısında qatlanan göz dəliyi var idi.

İstehsal

Seriyalı istehsala bu tanklar 1942-ci ildə cəlb edilmiş və ümumilikdə bu tanklardan 30 ədəd istehsal edilmişdir:

Pz. Kpfw. I Ausf. F production in 1942
Ay Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Ümumi
Ədəd 3 12 0 0 2 5 3 4 1 30

Döyüşlərdə istifadəsi

1943-cü ildə I Panzer Diviziyasında səkkiz tank hərbi sınaqlardan keçirilmişdir. Bundan əlavə, bəzi məlumatlara görə, 1943-cü il 1 iyulda yeddi texnika XII Panzer Diviziyasında idi. Qalan tanklar İkinci Dünya Müharibəsi zamanı anti-partizan hərəkatlarında kifayət qədər səmərəli istifadə edilmişdirlər. Qırmızı Ordu üç tankı ələ keçirmişdir.

Salamat qalmış texnikalar

Hal-hazırda 2 ədəd texnika sağ-salamat qalıb muzeylərdə nümayiş etdirilir: Rusiya: Bu tanklardan biri Kubinka Tank Muzeyində nümayiş etdirilir. Serbiya: Digər tank Belqraddakı hərbi muzeydə nümayiş etdirilir.

İstinadlar

  1. Chamberlain P., Doyle H. L. Encyclopedia of German Tanks of World War Two, Revised Edition. Arms and Armour Press, 1993. S. 26.
  2. Chamberlain, Peter; Doyle, Hilary L. (Hilary Louis). "Encyclopedia of German tanks of World War Two". London : Arms & Armour. April 7, 1999 Internet Archive vasitəsilə.
  3. "Arxivlənmiş surət". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  4. "Arxivlənmiş surət". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.