Panther (Tank)
Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther ikinci dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer III və Panzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu ikinci dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir.[1]
Panther | |
---|---|
Panzerkampfwagen V Panther | |
Döyüşəhazır kütləsi, t | 44,8 ton |
Tarixi | |
Hazırlayan | MAN |
İstehsalçı | MAN,Daimler-Benz,Henschel |
İstehsal illəri | 1942-1945 |
İstismar illəri | 1942-1950 |
Buraxılış sayı, əd. | 6.000 |
Ölçüləri | |
Gövdəsinin uzunluğu, mm | 6.87 m |
Eni, mm | 3.27 m |
Hündürlüyü, mm | 2.99 m |
Zireh | |
Zirehinin tipi | Öndə:80 mm 55°,Meyilli zireh:140 mm |
Silahları | |
Topunun tipi | 7.5cm KwK 42 L/70 |
Digər silahları | 2× 7.92mm MG 34 |
Cəldlik | |
Mühərrikinin modeli | Maybach HL230 |
Mühərrikinin gücü, kVt | 515 kVt |
Vikianbarda əlaqəli mediafayllar |
İnkişaf prosesi
İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular.[2]
Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MAN və Daimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.
Daimler-Benz tankı demək olar ki,T-34 ün kopyası idi.Sovet torpaqlarına uyğun və Sovet sisteminə bənzər dizayn edilən bir tank idi.MAN tankı isə klassik Alman tankına bənzəyirdi, Alman tank sisteminə əsasən dizayn olunmuşdu.Hitler Daimler-Benzin tankını bəyənsədə,MAN tankını seçməli oldu. Çünki, Almanların əlində Daimler-Benz dizaynını işə sala biləcək uyğun Mühərrik yox idi. Alman baş qərərgahı ilk olaraq 250 tank istehsal ediləcəyini planlaşdırdı. Ancaq, müttəfiqlər Almaniyanın logistika xətlərini tez-tez bombaladığı üçün bu rəqəm hələ 1942-ci ildə 148-ə çata bildi.
Müharibə
Müharibədə Panterin hazırlanan plana görə uyğun olub olmadığı bəlli etmək çətin idi.Alman zabitlər Panter tankında çox təlim keçməmişdi, demək olar ki, Sürüş və Manevr təlimləri keçirilmədi. Bunların başlıca səbəbi Alman texnikalarının biri-birindən fərqli və qəliz olması idi, buna görədə istehsalda tez-tez texniki problemlər yaranırdı. Nəticədə bir çox zaman planı icra etməyə vaxt çatmır, planlar ləğv olunurdu.
Şərq Cəbhəsi
Von Lauchertin 48-ci Panzer korpusuna 200 Panter göndərilə bilmədi, İki Panter tankı isə tramvaydan endirilərkən mühərrikində yanğın çıxaraq, tamamilə müharibədən kənar qaldı. Nəticədə plan ləğv oldu.
Kursk müharibəsi başlayanda 5 iyul 1943 tarixində, sadəcə 184 Panter işlək vəziyyətdə cəbhədə idi. İki günə işlək vəziyyətdə olan Panterlərin sayı 40 oldu. İkisi isə döyüş meydanında alovlandı. Hitlerin əmri ilə müharibə 17 iyul 1943-cü ildə bitdi. General Heinz Guderian Hitlerə hadisəni belə bildirdi:
Ancaq Kursk müharibəsində Panterin Sovet tankını çox uzaqdan vurduqları və çox yaxşı manevr qabiliyyətlərinə sahib olduqları görüldü.
Müharibədən sonra
Müharibədən sonra Panterlər 1950-ci ilə kimi Fransa tərəfindən istifadə olundu. Sonradan Fransa bu tankları İsrailə satdı. Eyni zamanda bu tanklardan Bolqarıstan,Ruminiya,Çexslovakiya,Macarıstan yararlandı. Sonralar Bolqarıstan Bu tankların bəzi hissələrini çıxararaq Türk sərhədinə sabit müdafiə nöqtəsi kimi yerləşdirdi.
Mənbə
- "Arxivlənmiş surət". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
- "Arxivlənmiş surət". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.