Panspermiya
Panspermiya - Yerdə həyatın digər planetlərdən "həyat toxumlarının" gətirilməsi nəticəsində yarandığı haqda hipotez.
1865-ci ildə alman alimi G. Rixter tərəfindən təqdim olunmuş və sonradan G. Golmgelts və S. Arrenius tərəfindən dəstəklənmişdir.
Panspermiaya əsasən, dünya fəzasında səpələnən həyat toxumları bir səma cismindən digərinə meteoritlər vasitəsi ilə və ya işığın təsiri altında ötürülürlər.
Bu hipotez haqqında, Apallon-12 missiyasının üzvləri tərəfindən aya enmiş Serveyer-3-də tapılan yerli mikroorqanizmlər tapılandan sonra daha çox danışmağa başladılar.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.