Panatinaikos (stadion)
Panatinaikos stadionu— 1896-ci ildə ilk müasir Olimpiya Oyunlarının keçirildiyi Afinada yüngül atletika və bir çox başqa yarışlar üçün istifadə olunan çoxməqsədli stadiondur. Qədim Yunan stadionun qalıqlarından yenidən bərpa olunmuş Panatinaikos dünyada yeganə böyük stadiondur ki, tikilməsində bütünlüklə ağ mərmərdən istifadə olunmuşdur və bu stadion dünyanın ən qədim stadionlarından biridir.
Panatinaikos | |
---|---|
Παναθηναϊκό Στάδιο Καλλιμάρμαρο | |
Tam adı | Panatinaikos Stadionu |
Yeri | Yunanıstan, Afina |
Tikilib | təxminən e.ə 566 |
Yenidən qurulma tarixi |
e.ə 329 (mərmərlə yenidən tikilib) 1869 (1870 və 1875 Olimpiadaları) 1895-1896 (1896 Yay Olimpiadası və 1906 Yay Olimpiya Oyunları 2000-2004-cü illər (2004 Yay Olimpiya Oyunları) |
Memar |
Ernst Ziller Anastasios Govard |
Sahibi | Yunanıstan dövləti |
Tamaşaçı tutumu |
80,000 (1896) 45,000(hal-hazırda[1]) |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qədim dövrlərdə stadionun yerləşdiyi ərazi İlahə Afinanın şərəfinə Panatinaikos Oyunlarının atletika növünü keçirmək üçün istifadə olunurdu. Həmin vaxtlarda stadionda taxta oturacaqlar var idi. E.ə 329-cu ildə stadion arxont Lycurgus tərəfindən mərmərlə yenidən tikilib, bundan 140 il sonra İrodun Atticus tərəfindən stadion yenidən qurulmuş və genişləndirilmişdir. Nəticədə, stadionda oturacaqların sayı 50000-ə çatmışdır.
Olimpiya Oyunlarının yenidən dirçəlməsi üçün Evangelis Zappasın vasaiti hesabına qədim tikilinin qalıqları qazılıb çıxarılaraq təmir olunub.[2] Zappas 1870-1875-ci illərdə baş tutmuş olimpiadalara sponsurluq etmişdir. 1895-ci ildə stadion xeyriyyəçi Corc Averoffun maliyyə yardımı ilə 1896-cı il Olimpiya Oyunlarına görə ikinci dəfə təmir olunub. Giriş qapısında indinin özündə də orda qalan mərmər sütünlar memarlar Anastasios Metaksas və Ernst Zillerin konstruksiyaların əsasında hazırlanmışdır.[3]
1906-ci ildə Panatinaikos Stadionunda daha bir böyük beynəlxalq idman tədbiri—1906–cı il Olimpiya Oyunları keçirilib.
4 aprel 1968-ci ildə bu stadionda 1967-68-ci il Basketbol Üzrə Avropa Kubokunun finalı baş tutmuşdu və bu finalda 60000 tamaşaçı qarşısında Afinanın AEK basketbol klubu Praqanın USK basketbol klubunu məğlub etmişdi. Belə hesab edilir ki, həmin oyundan etibarən Panatinaikos Stadionunda baş tutmuş basketbol oyunlarının heç birində bu qədər tamaşaçı olmamışdır.[4]
2004-cü il Olimpiya Oyunlarında, Panatinaikos Stadionunda oxatma yarışları və Marafonunun finalı keçirilib.[5]
Konsert yeri kimi
Nadir hallarda stadion seçilmiş musiqi və rəqs kollektivlərinin iştirakı üçün məkan kimi istifadə olunmuşdur. Bunların arasına Plaçido Dominqo, Xoakin Kortes, Depeche Mode,Cure, Stranglers, Run-D.M.C. qrupu, Culture Club, Bonni Tayler daxildir.
2008-ci ilin sentyabrında stadionda MTV Yunanıstanın R.E.M., Kaiser Chiefs, C:Real kimi qrupların və Qabriella Kilminin iştirakı ilə buraxılış partisi keçirilib. 2009-cu il iyulun 1-də Sakis Ruvas bu stadionda konsert proqramı ilə çıxış edib.[6]
İstinadlar
- "Arxivlənmiş surət". 2017-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-25.
- "Timeline of the Modern Olympic Games". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may, 2014.
- "1896 Summer Olympics official report" (PDF). 2018-09-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 may, 2014.
- "Partizan sets crowd record at Belgrade Arena!". Mart 5, 2009. 2009-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may, 2014.
- "2004 Summer Olympics official report" (PDF). 2008-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 may, 2014.
- "Panathenaic Stadium". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may, 2014.