Pampers

Pampers - 1961-ci ildə Procter & Gamble şirkəti tərəfindən yaradılmış uşaq bezləri. Pampers yumşaq, birdəfəlik və rahat olduğu üçün istehlakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Pampers brendi Procter & Gamble şirkətində çalışan kimya mühəndisi Viktor Mils tərəfindən yaradılmışdır. ABŞ-də XX əsrin ikinci yarısından etibarən evdar qadınlar öz körpələrinin baxımı üçün birdəfəlik və rahat olacaq bezlərə çox ehtiyac duyurdular. Layihənin üzərində 1950-ci illərdən etibarən işləməyə başlayan Mils, yaratdığı yeni brendi ilk dəfə nəvəsinin üzərində sınamış və uğurlu nəticə əldə etmişdir. Pampers sözü bolqar dilindən olan (bolq. Памперси) sözündən götürülmüş, tərcüməsi (azərb. uşaq bezi) deməkdir.

Pampers
Ümumi məlumatlar
Sənaye uşaq bezləri
Məhsulları Yaş dəsmal
Təsis tarixi 1961
Baş qərargahın yeri
Struktur
Ana şirkət Procter & Gamble
Rəhbərlik
Təsisçi Viktor Mils
www.pampers.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pampersin sonrakı illəri və bu günü

1966-cı ildə Pampersə Wingfold dizaynı əlavə edilir və 1969-cu ildə isə müxtəlif yaşlı,bədən ölçülü körpələrə uyğun üçünçü ölçü yaradılır. 70-ci illərin əvvəllərində Pampers bezlərindən Amerika Birləşmiş Ştatlarında geniş istifadə olunurdu. Bezin həssas körpə bədəninə uyğun formada hazırlanması və ən əsası birdəfəlik olması ona olan təlabatı artırırdı. 1971-ci ildə Procter & Gamble şirkəti tərəfindən bezlərə rahat açılıb-bağlana bilən sancaqlı sarğı lentlər əlavə edildi. Görülən əsas işlərdən biri də bezlərin müxtəlif yaşda olan körpələr üçün nəzərdə tutulması idi. Belə ki, yeni doğulan və ya müəyyən yaş həddində olan körpələrin bezləri bir-birindən fərqləndirilmişdi. Həmin dövrə aid maraqlı məlumatlardan biri də Pampersin təkcə marketlərdə yox, eyni zamanda apkteklərdə və ofis ləvazimatları satılan dükanlarda belə satılması idi.

1973-cü ildə Pampers Procter & Gamble mütəxəssisləri tərəfindən inkişaf etdirildi. Mayeni hopduran hissə bir az da genişləndirildi və ən əsası körpələrin rahat hərəkət etmələri üçün ayaq və bel hissələri üçün olan yerlər daha da elastikləşdirildi. 1990-cı ildə Pampers uşaq bezləri körpələrin cinslərinə uyğun olaraq da istehsal olunmağa başlandı. Elə həmin il bezlərin yeni nəsli Ultra Thins təqdim edildi. 1998-ci ildə Procter & Gamble şirkəti Pampersin altıncı ölçü bezlərinin tanıtımını keçirdi. Bu gün Pampers uşaq bezləri dünyada analar tərəfindən ən çox tərcih edilən uşaq bezi hesab olunur.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.