Palm-Sprinqs (film, 2020)
Palm Sprinqs — Endi Siaranın yazdığı, Maks Barbakovun rejissorluq etdiyi 2020-ci il istehsalı olan elmi fantastik romantik komediya filmi. Filmin baş rollarında Endi Semberq (filmin ortaq prodüseri), Kristin Milioti və Cey Key Simmons çəkilib. Palm Sprinqsdəki toy mərasimində tanış olan iki şəxsin zaman döngəsində ilişib qalmaları göstərilir.
Palm Sprinqs | |
---|---|
ing. Palm Springs | |
Janr | komediya filmi |
Rejissor | Maks Barbakov |
Prodüserlər |
Endi Semberq Akiva Şaffer Beki Sloviter Corma Takkone Kris Parker Daylan Sellers |
Ssenari müəllifi | Endi Siara |
Baş rollarda |
Endi Semberq Kristin Milioti Cey Key Simmons |
Bəstəkar | Metyu Kompton |
Montajçı | Metyu Fridman[d] |
Distribütor | Mozinet[d][1], Hulu[d], Neon[d] |
İlk baxış tarixi |
26 yanvar 2020 (Sandens) 10 iyul 2020 (ABŞ) 4 mart 2021 (Honq Konq) |
Müddət | 90 dəqiqə |
Büdcə | $5 milyon |
Gəlir | $1.5 milyon |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
Çəkiliş yeri | Kaliforniya |
IMDb | ID9484998 |
Palm Sprinqs filminin ilk təqdimatı 26 yanvar 2020-ci ildə Sandens Film Festivalında oldu, eyni vaxtda Hulu-da və 10 iyul 2020-ci ildə Neon tərəfindən seçilmiş kinoteatrlarda nümayiş olundu. Film aktyor heyətinin roluna və konseptdən istifadəsinə görə yüksək qiymətləndirildi. 78-ci Qızıl qlobus mükafatlarında iki nominasiya qazandı: Ən Yaxşı Film – Musiqili və ya Komediya və Ən Yaxşı Film Aktyoru. Digər mükafatlar arasında 26-cı Tənqidçilərin seçimi mükafatlarında ən yaxşı komediya mükafatını qazandı.