Pallas dırmanantəlxəsi

Pallas dırmanantəlxəsi[2] (lat. Zamenis sauromates) — Suilanıkimilər fəsilsinə aid növ.

Pallas dırmanantəlxəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Pallas dırmanantəlxəsi
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  1082516
NCBI  213858

Təsviri

Bədəninin üst tərəfində 4 tutqun xallar sırası olur. Bel tərəf boyunca iri qəhvəyi-qonur qara romb və ya oval şəkilli xallar olur. Bu xallar qovuşaraq dalğavari zolaq əmələ gətirir. Bədənin yanlarında cavan fərdlərdə aydın nəzərə çarpır. Yetkin fərdlərdə isə ümumi əlvan fonda itir. Bədənin yanlarında yerləşən xüsusi pulcuqlar qırmızımtıl və ya narıncı rəngdə olur. Başın yanlarında tutqun zolaq yaşlı fərdlərdə gözün arxa kənarından ağızın küncünə qədər, cavan fərdlərdə isə sifətin yanlarından burun dəliklərindən başlayaraq gözün ön kənarına qədər aydın nəzərə çarpır. Üstdodaq qalxancıqları yaşlı fərdlərdə açıq- sarı olur. Gözün qüzehli qişası qaradır. Bədənin alt tərəfi samanı-sarı, bəzən isə xırda dağınıq xallar və ya xalsız olur. Bədənin uzunluğu L. 1600; L/L.cd. 3.5–4.9 bədənin orta hissəsində onu əhatə edən bir cərgədəki pulcuqların sayı Sq-25, az hallarda isə 23 və ya 27 olur. Qarın tərəfdə yerləşən qalxancıqların miqdarı Ventr 187–224 (erkək fərdlərdə) 205–234 (dişi fərdlərdə); quyruğun alt rərəfində yerləşən qalxancıqların miqdarı 56–90 cüt; anal qalxancığı 1/1; gicgah qalxancıqlarının miqdarı 2–3+4–3.

Yayılması

Arealı Siciliya adasıApenin yarımadasından başlayaraq Yuqoslaviya, Albaniya, Yunanıstan, Bolqarıstan və Şərqi Rumıniyadan keçərək Qazaxıstan, Kiçik Asiya, Şimali İraq və Şimali-Qərbi İranda, Livan və İsrailin sərhəddinə yaxın yerləşən Qərman dağ massivinədək olan əraziləri əhatə edir. Bu növə Moldaviyada, Cənubi Ukraynada, Rusiyanın Avropa hissəsinin cənubunda, Şimali Qafqazda, Şərqi Gürcüstanda, Azərbaycanda, Ermənistanda, Dağıstanda, Astarxan vilayətinin cənubunda və Qərbi Qazaxıstanda Aral dənizinin şimali-qərbinə qədər olan ərazidə yayılmışdır. Azərbaycanda isə Xanlar, Lənkəran rayonlarında, Qarabağda, Şirvan çöllərində, Kürün orta və aşağı axarları boyunca olan ərazilərdə yayılmışdır. Bu ilana İsmayıllı rayonunun İvanovka, Talış və Aşıqbayramlı kəndlərinin ətrafındakı meşə sahəsində rast gəlmişik. Növün Şamaxı şəhərinin şərq hissəsində, Gəncə şəhəri ətrafında, Yevlax rayonunun Havalı kəndi yaxınlığında rast gəlindiyi ədəbiyyat məlumatlarında qeyd olunmuşdur.

Yaşayış yeri və həyat tərzi

Pallas dırmanatəlxəsi çöl və meşə çölün daşlı və qumlu, seyrək kollu və qayalı yamaclarında, habelə meşə ətəyində, qırılmış tuqay meşələrinin sahələrində məskunlaşır. Bu ilana kəndlərin, qəsəbələrin ətrafında üzüm bağlarında, meşə və kolluqlarda yaşayır. Cənubi Qafqazda dəniz səviyyəsindən 2500 m hündürlüyə qədər yayıla bilir. Sığınacaq kimi tarla sıçanlarının, qum siçanlarının qazdığı yuvalardan, daşların arasındakı boşluqlardan və ağacların koğuşlarından istifadə edir. Xam çöllərdə, meşə və kolluq sahələrdə 4–5 km-də 2–3 fərdinə rast gəlmək olur. Qış yuxusundan aprel ayının üçüncü on günlüyündə oyanır. Bir dəfədə 6-dan 16-ya qədər yumurta qoyur. Pallas dırmanantəlxəsi siçanabənzər gəmiricilərdə, quşlar və onların yumurtaları ilə qidalanır. Yumurtalarını iyun ayıın əvvəllərində qoyur. Bala fərdlərin uzunluğu 190–240 mm olur. Qış yuxusuna sentyabrın sonunda və ya oktyabrın əvvəllərində gedir.

Sayı

Xam torpaq olan ərazidə əlverişli biotopda 3–5 km məsafədə 3 fərdinə rast gəlinir. İsmayıllı rayon ərazisində İvanovka, Talış, Aşıqbayramlı kəndləri ətrafında 4–5 km məsafədə 1–2 fərdinə rast gəldik.

Məhdudlaşdırıcı amillər

Sayının azalmasının əsas səbəblərindən biri onlar üçün əlverişlinin sahələrinin insanın təsərrüfat fəaliyyəti nəticəsində kəskin şəkildə dəyişdirilməsidir.

Mənbə

  • 1. Azərbaycanın heyvanlar aləmi, III cild, Onurğalılar. Bakı: Elm, 2004, səh. 225;
  • 2. Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Баку: Элм, 1978, стр. 128–131;
  • 3. Банников А.Г., Даревский И.С., Ищенко В.Г., Рустамов Э.К., Щербак Н.Н. Определитель земноводных и пресмыкающихся фауны СССР. М.: Прос. 1977, стр. 285–287;
  • 4. Туниев Б.С., Орлов Н.А., Ананьева Н.Б., Агасян А.А. Змеи Кавказа: (таксономическое разнообразие, охрана) Санкт-Петербург-Москва, 2009, стр. 217.

İstinadlar

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. [http://www.zoologiya.az/sueruennlr.html Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine AMEA. Zoologiya İnstitutu. Sürünənlər.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.