Palasso
Palasso (it. Palazzo, lat. Palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi.
XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi.
XVI əsrə aid Palassolarda (memarlar Roma və Florensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi.
Ədəbiyyat
- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.435
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.