Palanqa
Pаlаnqа (lit. Palanga) — Litvada kurort şəhəri.
Palanqa | |||
---|---|---|---|
Palanga | |||
|
|||
55°55′ şm. e. 21°04′ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
İlk məlumat | 1161 | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 10 m | ||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəsmi dili | |||
Digər | |||
palanga.lt | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kazimir Buqenin fikrinə görə, şəhərin adı – kurşsk mənşəlidir. Adın kökü pal- görünür ki, düzənliklərin və ya bataqlıqların landşaftı ilə əlaqədardır (məs. palös (palios) – "böyük bataqlıqlar, alçaq bataqlı yer"). Beləliklə Palanqanın ilkin adı alçaqlıq, bataqlıq, çaybasar çəmənlər və ya bunu kimi anlayışlarla bağlı ola bilər. İnsanların danışdığına görə, Palanqanın adı palanqe (lit. рalange, tərc. pəncərə altı) əmələ gələ bilər – guya ki haçansa balıqçıların evləri dənizə o qədər yaxın yerləşirdi ki, dalğa və qum evlərin pəncərə altına qədər çatırdı.
Palanqa ərazisində insanların artıq 3000 il bundan əvvəl və ondan öncə yaşayırmış. Arxeoloqlar məzarlıqlarda Roma sikkələrini, dəmir alətlər və silah, tuncdan bəzəklər və s. aşkar edir.
Palanqa yazılı mənbələrdə ilk dəfə 15 iyun 1161-ci ildə, danimarkalıların Palanqanın kurşsk qəsrini zəbt etdikdən sonra qeyd olunur. Livon ordeni və Kurşiyanı müqaviləsində Palanqa yaşayış məntəqəsinin adı 1253-cü ildə çəkilir. 1300–1413-cü ildə isə Palanqada, Birute dağında Günəşi və Ayın hərəkətinin müşahidəsi və təqvimin nizama salınması və dəqiqləşdirilməsi üçün dirək rəsədxanası fəaliyyət göstərirdi. XIII-XIV əsrdə Palanqa balıqçı kəndi, mühüm ticarət mərkəzi və Litvanın ən vacib limanlarından biri kimi tanınırdı. Ona danimarkalılar, isveçlilər, Əhli-səliblər və Livon ordeni hücum etmişdir. Lakin Qrünvald döyüşündən sonra, 31 dekabr 1435-ci ildə imzalanmış Brastsk müqavilədən sonra, Palanqa BLK-na keçdi – sakit dövr gəldi. XVIII əsrdə İsveç ordusu Palanqanı və limanı yenidən dağıtdı.
1824-cü ildə Palanqanı çar ordusunun polkovniki, qraf Mikolay Yuozapas Tışkeviçü alıb. O limanı yeniləyib, gəmilərin yan aldığı palıd pirsi, yeni saray tikmişdir. 1888-ci ildə kurortun əsası qoyulmuş, 1892-ci ildən pirs yalnız istirahət edənlərin gəzintisi üçün nəzərdə tutulmuşdu. 1899-cu ilin avqustunda pirsin yanında yerləşən sarayda ilk Litva tamaşası qoyulmuşdur (Kyaturakisin "Amerika hamamda"). Bu gün Palanqa – palçıq terapiya və aktiv rekreasiya üçün beynəlxalq iqlim, balneoloji, dəniz kurortudur. Kurortda qəlyanaltı, kafe, restoran, diskoteka, bar və gecə klubları, kazinolar çoxdur. Aktiv istirahət sevənlər üçü – su motosikletlər, velosipedlər, atlar, tennis kortları, hovuzlar, sauna kompleksi və s. var. – açıq fəaliyyət həvəskarları üçün Klaypeda tərəfə piyada və velosiped cığırları çəkilib.
Sakit gəzinti üçün Tışkeviç sarayı və onu dövrələyən Y. Andrenin layihələndirdiyi böyük park cəlb edir. Sarayda kəhrəba muzeyi yerləşir. Burada inklüzlərin dünyada ən böyük olan kolleksiyası toplanılmışdır. Avqust axşamlarında sarayın terrasında konsertlər və poeziya axşamları keçirilir. Qorunub saxlanılmış memarlıq şedevrlər: XIX-cu əsrin sonlarında inşa edilmiş "Anapilis" və "Yuros akis" villaları, 1827-ci ildə təsis edilmiş aptekin binası, 2002-ci ildə yanğınla dağıdılmış Palanqa kurxauzunun yoxluğa baxan xarabalıqları, Palanqa Müq. Məryəmin Qeybi neoqotik kostyolu (isveç memarı K.Y. Strandman), "İversk" Müq. Məryəm ikonası adına Kilsə, Palanqanın köhnə təriqətçilik kilsəsinə mütləq baxmaq lazımdır. Kiçik memarlıq abidələri nümunələri: "İsanın xeyir-duası", "Eqle suilanılarının kraliçası", "Yurate və Kastitis" və s. heykəlləri unutmaq olmaz. Heykəltəraş və rəssam Antanas Monçisin ev-muzeyini, Palanqanın birinci burqomistri Yonas Şlüpasın memorial malikanəsini ziyarət etmək, knyazın sevdiyi və oğurladığı kahinəsinin şərəfinə adlandırılmış Birute dağına çıxmaq, Palanqanın qədim sakinlərinin qalıqlarını gizlədən, XIII-cü əsrin mədəni təbəqəsinin təpəsi – Jəmaylıların təpələrinə çatmaq, rəvayətlərə görə knyazın gözəl arvadı Brakşva onun öldüyü yerdə düzəltdiyi Naqlisa kurqanını görmək lazımdır. Müasirimiz V. Qaldikas danışırdı ki, dağ ovsunlanmışdır: insan Naqlis kurqanını tapdalasa və ya hoppansa boğuq səs eşidilir, sanki altda kimsə dəfn olunub. Balıqçılar iddia edir ki, gecə tonqalın yandığını və kimsə ağ parçaya bürünüb gəzdiyini görmək olar. Naqlis kurqanında xəzinə gizlədilib, lakin onu tapmaq asan deyil – müəyyən bir zaman qazmaq lazımdır, çatdırmayanda xəzinə ilə dolu sandıq yenidən yanı üstə çevrilir.
Cənuba, Klaypeda istiqamətinə çəkildikdə – Dənizkənarı Regional Parkda – təsiredici vəhşi təbiət, vəhşi dəniz və daşlıq sahil. Şəhərin qərb ətrafını Baltik dəniz əhatə edir, burada çoxlu çimərlik var. Palanqanın mərkəzindən Şvyantoyi istiqamətində yolda, Kuniqişkyay yaxınlığında – Palanqa hava limanı yerləşir. Palanqada cıdır meydanı da var.
Palanqa Baltik dənizi boyunca 24 km-ə uzanır. Şəhərdən Baltik dənizinə üstündən 10 körpü və körpülər keçirilmiş Raje çayı axır. Şəhərin şimalında Baltik dənizinə Şvyantoyi çayı axıb tökülür.
Coğrafiyası
Bu gün Palanqaya aid olan yaşayış məntəqələrinin əksəriyyəti: Anayçyay, Butinqe Dobilas, Kalqaujyay, Kuniqişkyay, Kontininkay, Mantsişke, Nemirseta, Palepqiryay, Plitine, Şventoyi, Ujkanave, Vanaqupe, Vilimişke, Virbalişke XX əsrin 7 onilliyində qoşulub. Ən şimal – Butinqe, cənubda – Nemirseta, mərkəzdə – Köhnə Palanqadır.
İdman
Futbol
- Palanqa FK futbol klubu.
Əhalisi
2001-ci il məlumatlarına əsasən şəhərdə 17 min nəfər yaşayır.