Pakistanda din

Pakistanda dinPakistan İslam Respublikasındakı dini vəziyyətə verilən ad. Pakistanda dövlət dini İslam dinidir. Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir.[1] Müsəlmanların əksəriyyəti sünnilərdir (95%)[2], şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.[3].

Böyük Moğol İmperiyası dövründə inşa olunmuş Padşah məscidi. (Lahor şəhəri, Pakistan)

Dini demoqrafiya

Konqres Kitabxanası, ABŞ Dövlət Departamenti, The World Factbook, Pensilvaniya UniversitetiOksford Universiteti tərəfindən həyata keçirilmiş müxtəlif tədqiqatlarda Pakistanda əhalinin dini baxımdan bölgüsü üzrə fərqli rəqəmlər ortaya çıxmışdır. Bu hesablamaların fərqli olmasının əsas səbəbi onların müxtəlif metodlarla hesablanması olmuşdur. Ölkədə hazırda əhalinin dini baxımdan bölgüsünün aşağıdakı kimi olduğu təxmin edilir:

İslam (96%)

Digər dinlər

2012-ci ildə həyata keçirilmiş hesablamalara əsasən Pakistanda 18 yaşdan yuxarı 5,900,000 nəfər özünü qeyri-müsəlman kimi təqdim etmişdir.

Dinlər

İslam

İslamabad şəhərində yerləşən Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz tərəfindən inşa etdirilmiş Şah Feyzal məscidi nəinki Pakistanda, hətta dünyada ən böyük məscidlərdən biridir.

İslam dini Pakistanda dövlət dinidir. Ölkə müsəlmanların sayına görə dünyada İndoneziyadan sonra ikinci yerdədir.[10] Ölkənin bir çox yerində Məzhəb adlanan islami hüquq məktəbləri fəaliyyət göstərir. Pakistanlı sünni müsəlmanların əksəriyyəti hənəfi məzhəbinə aiddir. Şiələrin əksər hissəsi isə "On iki imam şiəliyi" əqidəsinə aiddir.

Hinduizm

Hinduizm dini Pakistanda İslamdan sonra ikinci ən böyük din hesab olunur.[11] 2010-cu il hesablamalarına görə, Pakistan dünyada ən böyük beşinci hindu əhalinin yaşadığı ölkədir.[12] Hinduizmə etiqad edənlər ölkənin bütün regionlarında yaşasalar da, onlar daha çox Sindh əyalətində üstünlük təşkil edirlər. Onlar Sindhi, Seraiki, Qucarat və başqa dillərdə danışırlar.[13]

Xristianlıq

Xristianlar Pakistan əhalisinin 1,6%-ni təşkil edirlər. Xristian icmalarının əksər hissəsi hələ Britaniya Hindistanı dövründən Pəncab əyalətində yerləşir. Katolik icması isə xüsusilə Kəraçi şəhərində yerləşir.

Bəhailik

Bəhailik hələ ingilis koloniyaları dövründən bəri Pakistanda müstəqil dini icma şəklində fəaliyyət göstərir. Bu dinin banisi olan Bəhaullah öz davamçılarını bugünkü Pakistan ərazisinə köç etmələri və dini burada da yaymağı tapşırmışdır.[14]

Cari hesablamalara əsasən Pakistanda yaşayan bəhailərin ümumi sayı təqribən 79 min nəfərdir.

Siqhizm

XV əsrdən Pakistanda yayılmağa başlayan Siqhizm dininin hazırda bu ölkədə olan nümayəndələrinin sayı təqribən 20 min nəfərdir.

Zərdüştilik

Zərdüştilik dininə sitayiş edənlərin ümumi sayı 4 min nəfərdir.[15] Müasir Pakistan ərazisinə zərdüştlər XV əsrdən etibarən İran ərazisindən gəlməyə başlamışdır. 1947-ci ildə Pakistan müstəqillik əldə etdiyi dövrdə KəraçiLahor şəhərləri bu dinə sitayiş edən parsilərin əsas ticarət mərkəzləri hesab olunurdu. Pakistan dövlətinin qurucusu olan Məhəmməd Əli Cinnahın həyat yoldaşı olan Ratti Bai İslamı qəbul etməzdən əvvəl Zərdüştilik dininə sitayiş edirdi.[16]

Buddizm

Pakistanda qədim köklərə malik olan Buddizm dini nümayəndələrinin sayı son hesablamalara əsasən 1500 nəfərdir.[15]

İudaizm

14 avqust 1947-ci ildə Pakistanın yenicə müstəqillik əldə etdiyi dövrlərdə burada təqribən 1500 nəfər yəhudi yaşayırdı, lakin onların əksəriyyəti 1948-ci ildən etibarən İsrailə köç etmişdir. Hazırda Pakistandan gəlmiş yəhudilərin çoxu İsrailin Ramla şəhərində məskunlaşmışdır.

Həmçinin bax

İstinadlar

  1. Singh, Dr. Y P. Islam in India and Pakistan – A Religious History. Vij Books India Pvt Ltd. 2016. ISBN 978-93-85505-63-8. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-05. Pakistan has the second largest Muslim population in the world after Indonesia.
  2. "Country Profile: Pakistan" (PDF). Library of Congress Country Studies on Pakistan. Library of Congress. February 2005. 2005-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 fevral 2018. Religion: The overwhelming majority of the population (96.3 percent) is Muslim, of whom approximately 95 percent are Sunni and 5 percent Shia.
  3. "Field Listing : Religions". The World Factbook. Central Intelligence Agency. 2010. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  4. "Field Listing : Religions". The World Factbook. Central Intelligence Agency. 2010. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  5. "Population by religion". 2 aprel 2014 tarixində arxivləşdirilib.
  6. "Most Baha'i Nations (2005)". QuickLists > Compare Nations > Religions >. The Association of Religion Data Archives. 2005. 2010-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  7. "Pakistan - International Religious Freedom Report 2008". ABŞ Dövlət Departamenti. 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  8. "Being Cyrus in Karachi | Pakistan Today | Latest news | Breaking news | Pakistan News | World news | Business | Sport and Multimedia". Pakistan Today. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  9. Ghauri, Irfan. "Over 35,000 Buddhists, Baha'is call Pakistan home". Express Tribune. 2 sentyabr 2012. 2012-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  10. Singh, Dr. Y P. Islam in India and Pakistan – A Religious History. Vij Books India Pvt Ltd. 2016. ISBN 9789385505638. 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19. Pakistan has the second largest Muslim population in the world after Indonesia.
  11. "Population Distribution by Religion, 1998 Census" (PDF). Pakistan Bureau of Statistics. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  12. "10 Countries With the Largest Hindu Populations, 2010 and 2050". Pew Research Center. 2 aprel 2015. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  13. "Pakistan". Ethnologue. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  14. Momen, Moojan; Smith, Peter. "Bahá'í History". Draft A Short Encyclopedia of the Baha'i Faith. Bahá'í Library Online. 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  15. Ghauri, Irfan. "Over 35,000 Buddhists, Baha'is call Pakistan home, By Irfan Ghauri Published: September 2, 2012, Dawn". Tribune.com.pk. November 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  16. "Quaid i Azam Muhammad Ali Jinnah: Early days". Government of Pakistan. 24 oktyabr 2008 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.