Pakistan Silahlı Qüvvələri

Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج‎, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri.

Pakistan Silahlı Qüvvələri
پاک مسلح افواج
Qurulub 1947
Daxildir Pakistan Quru Qoşunları
Pakistan Hərbi Hava Qüvvələri
Pakistan Hərbi Dəniz Qüvvələri
Veb-sayt pakistanarmy.gov.pk
Rəhbərlik
Silahlı Qüvvələrin Başkomandanı Arif Alvi
Başnazir İmran Xan
Canlı qüvvə
Hər il əsgərlik yaşına çatan

2,237,723 kişi (2010),

2,104,906 qadın (2010)
Aktiv kadr 653.000
Xərclər
ÜDM faizi 4.0% (2018)
Sənaye
Yerli təchizatçılar

Air Weapons Complex


Heavy Industries Taxila
Global Industrial Defence Solutions
Defence Science and Technology Organization
Karachi Shipyard and Engineering Works
Kahuta Research Laboratories
National Development Complex
Pakistan Aeronautical Complex
Pakistan Ordnance Factories
Metallurgical Laboratory
Integrated Dynamics
Xarici təchizatçılar BraziliyaBraziliya
ÇinÇin
MisirMisir
FransaFransa
AlmaniyaAlmaniya
İtaliyaİtaliya
İordaniyaİordaniya
RusiyaRusiya
RumıniyaRumıniya
İsveçİsveç
TürkiyəTürkiyə
UkraynaUkrayna
Böyük Britaniyaİngiltərə
ABŞABŞ
AzərbaycanAzərbaycan
İllik ixrac 11.4 milyard (2018)

1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisiaerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır.

Yerləşməsi

Pakistan ərazisində

Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir.[1] ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir. Həmçinin, Pakistan Silahlı Qüvvələri 2004-cü ildən bəri Əl-Qaidə terror qruplaşmasına qarşı da mübarizə aparmaqdadır.

Xaricdə

Pakistan Silahlı Qüvvələri həmçinin BMT-nin sülhməramlı əməliyyatlarında da iştirak edir. 2010-cu il hesablamalarına əsasən Silahlı Qüvvələrin 12,000 nəfər şəxsi heyəti bir sıra xarici ölkələrdə xidmətini davam etdirir.

Raket inventarı

  • Qəznəvi ballistik raketi. Döyüş başlıqlarını 290 kilometr məsafədəki hədəfə çatdırmağa qadirdir[2]. 30 ədəd istehsal olunub.

Orduda din xadimləri

Ölkədə rəsmi din İslam dini olduğundan dövlətlə məscidin qarşılıqlı fəaliyyəti nəticəsində təşkil olunur.

Həmçinin bax

İstinadlar

  1. "The News". PK: The News. 2009-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.
  2. "Pakistan "Qəznəvi" ballistik raketinin sınağını keçirdi". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-06.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.