Pakistan Günü

Pakistan günü (urdu یوم پاکستان, Yaum-e-Pakistan) — 1940-cı il 23 mart Lahor qətnaməsinin[1] və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə Pakistanda qeyd olunan milli bayram.[2] Silahlı qüvvələr tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsidir.[3]

Pakistan günü
urdu یوم پاکستان
23 mart 2007-ci ildə İslamabadda Silahlı Qüvvələrin birgə paradında Chengdu FC-1 Xiaolong qırıcılarının uçuşu
23 mart 2007-ci ildə İslamabadda Silahlı Qüvvələrin birgə paradında Chengdu FC-1 Xiaolong qırıcılarının uçuşu
Rəsmi adı Pakistan günü
Növ Milli bayram
Tarix 23 mart
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gün Müsəlman Liqası tərəfindən Minar-e-Pakistanda siyasi qətnamənin hazırlanması hadisəsi münasibətilə xatirə günü kimi qeyd olunur. Bu qətnamə 23 mart 1940-cı ildə Hindistanda Britaniyanın nəzarətində olan ərazilərin şimal-şərq və şimal-qərb regionlarında müsəlmanların çoxluq təşkil etdiyi əyalətlərdən ibarət müstəqil federasiyanın qurulmasını nəzərdə tuturdu.[4][5][2][6] O vaxtdan bəri bu gün milli bayram kimi dövlət səviyyəsində hər il qeyd edilir və bir qayda olaraq bayram münasibətilə Pakistan Silahlı Qüvvələri hərbi parad keçirir.[3][7]

İstinadlar

  1. Stacy Taus-Bolstad. Pakistan in Pictures. Twenty-First Century Books. April 2003. səh. 49. ISBN 978-0-8225-4682-5. 29 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2011.
  2. John Stewart Bowman. Columbia chronologies of Asian history and culture. Columbia University Press. 2000. səh. 372. ISBN 978-0-231-11004-4. 18 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2011.
  3. Agencies. "Nation celebrates Pakistan Day today". The Nation. 23 March 2012. 25 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 May 2016.
  4. Olson, Gillia. Holidays // Pakistan : a question and answer book. Mankato, Minn.: Capstone Press. 2005. ISBN 0736837574. İstifadə tarixi: 23 March 2015.
  5. Singh, Sarina; və b. Pakistan & the Karakoram Highway (7th). Footscray, Vic.: Lonely Planet. 2008.
  6. Rizvi, Hasan Askari. "Pakistan and March 23" (Special works published by Dr. H.A. Rizvi). Express Tribune, Rizvi. Express Tribune. 23 March 2015. 2 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2015.
  7. DAWN.com. "Pakistan holds first Republic Day parade in seven years". Dawn News, 2015. Dawn. 23 March 2015. 9 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2015.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.