Pain of Salvation
Pain of Salvation (P.O.S olaraq qısaldılır) — 1991-ci ildə İsveçdə Daniel Gildenlöw tərəfindən qurulmuş bir proqressiv metal qrupudur. Qrupun təməlləri 1984-cü ildə 11 yaşındakı Daniel Gildenlöw'ün «Reality» adlı bir qrup qurmasıyla atıldı. Qrup üzvlərindən Daniel Magdic də Reality'də iştirak etməkdə idi. 1987-ci ildə qrup İsveçdə bir musiqi yarışması olan «Rock-SM»'ə qatıldı. Yarışmaya qatılan ən gənc qrup olan Reality'nin vokalisti Gildenlöw «Ən Yaxşı Vokalist» mükafatını qazandı. Beləcə qrup İsveçdə tanınmağa başladı.
Pain of Salvation | |
---|---|
Əsas məlumatlar | |
Üslub | proqressiv metal |
Fəaliyyət illəri | 1991—h.h. |
Ölkə | İsveç |
Şəhər | Eskilstuna |
Leybl | InsideOut Music |
Heyət |
Daniel Gildenlöw Gustaf Hielm Léo Margarit Daniel Karlsson Ragnar ZSolberg |
Keçmiş üzvlər |
Johan Langell Kristoffer Gildenlöw Fredrik Hermansson Johan Hallgren Simon Andersson |
www.painofsalvation.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1990-cı ildə qrupda üzv dəyişiklikləri oldu. Vurma alətlərə o zamanlar 14 yaşında olan Johan Langell, bas gitaraya isə Gustav Hielm gəldi. Qrupun qurucusu Daniel Gildenlöw 1991-ci ildə qrupun adını Pain of Salvation olaraq dəyişdirdi. Qrup yeni adıyla birlikdə İsveçdə turnelərə çıxdı və yeni mahnılar yazmağa başladı. 1994-cü ildə vokalist Daniel'ın qardaşı Kristoffer Gildenlöw yeni bas gitarist oldu. Qrup 4 nəfərlik bu heyətiylə 1996-cı ildə "Hereafter" adlı bir demo hazırladı. Qrup bu demo'nu bir çox səsyazma şirkətinə göndərdi və onlardan cavab gözlədi. Bu vaxt qrup bir klaviş ifaçısı axtarmağa başladı. Demonu dinləyən Fredrik Hermansson qrupa müraciət etdi və qrupun 5-ci üzvü olaraq qrupa qatıldı.
Qrup 1997-ci ildə studiyaya girdi və ilk albom qeydlərinə başladı. 1997-ci ilin avqustunda çıxardıqları "Entropia" adlı albom İsveçdə və bütün Asiyada yayımlandı. Albom haqqında fikirlər müsbət idi. Albom bir müharibə səsəbilə parçalanan bir ailənin əhvalatını əhatə edən konsept bir albom idi. Bu nailiyyətlər nəticəsində səsyazma şirkəti Daniel Gildenlöw'ü Yaponiyaya müsahibə verməyə və qrupu tanımağa göndərdi. Bu reportajlarla birlikdə Pain of Salvation daha da tanınmağa başladı.
Qrup birincidən dərhal sonra ikinci albomun işlərinə başladı. Ancaq bəstə mərhələsi bitdikdən sonra qrupun gitaristi Daniel Magdic, məşhurlaşma nəticəsində ortaya çıxan mübahisələr nəticəsində qrupdan ayrıldı. Gildenlöw'ün daha əvvəldən də birlikdə çalışdığı Johan Hallgren gitarist olaraq qrupa qatıldı. Qeydlər üçün çox məhdud bir zaman vardı və buna görə Daniel Gildenlöw bütün gitaraları çalmağı düşünürdü ancaq Hallgren üç həftə içində bütün bəstələri öyrəndi və qeydlərdə iştirak etdi. 1998-ci ildə "One Hour by the Concrete Lake" albomu yayımlandı və ilk albomdan daha da müsbət fikirlər aldı. Bu albom isə silah sənayesində çalışan bir adamın böyük bir «maşın»'ın içində olduğunu fərqinə varması, işindən ayrılıb dünyanı gəzərək yaratdıqları silahların necə insanları məhv etdiyini və yaradılan çirkliliyi yaxından görməsini izah edirdi. Bu qaranlıq albom bütün Avropada adını eşitdirdikdən sonra, qrup əhəmiyyətli bir proqressiv rok firması olan «InsideOut» ilə razılaşdı. Qrup bunun nəticəsində dünya səviyyəsində böyük konsertlərə çıxmağa başladı.
Qrup qısa bir müddət musiqiyə ara verdi ancaq 2000-ci ildə yeni bir albom üçün qrup üzvləri yenidən bir araya gəldi. Martdan iyula qədər keçən bir hazırlıq müddətindən sonra üçüncü albom "The Perfect Element Part I" yayımlandı. Bu albom isə digər albomlarıda qabaqlayaraq tənqidi bir müvəffəqiyyət qazandı. Albom bir əhvalatın ilk hissəsini izah edirdi. Ana qəhrəmanın uşaqlığı, yetkinliyə keçid dövrünü və yetkinlik dövründə hiss etdiyi hirs və nifrəti mövzuya alan bu albomun müvəffəqiyyəti, qrupun iki ay müddətində Avropanı turlamasını və daha sonra ilk dəfə Amerikada konsert vermələrinə şərait yaratdı. Konsertdən sonra 2001-ci ilin sonunda qrup yeni albom hazırlığına başladı. İki ayda bütün bəstə hazırlığı bitən albom 2002-ci ilin yanvarında yayımlandı. Qrupun "Remedy Lane" adlı dördüncü albomu yenə qrupun ən müvəffəqiyyətli işi olaraq qiymətləndirildi. Bu albom da özünü romantik mənada anlamağa çalışan bir adamın axtarışını izah edirdi. Bu konsept albom Daniel Gildenlöw'ün həyatının çətin bir dövründə yazıldığı üçün o biri albomlara görə bir az daha qaranlıq bir havası vardı. Qrup bu albomla birlikdə məşhur Dream Theater qrupundan da böyük təriflər aldı və onların konsertlərinin ön qrupu oldular. 2003-cü ilin 12 mart tarixində qrup qurulduğu yer olan Eskilstunada bir akustik konsert verdi. Bu tək konsertdə köhnə mahnılar akustik alətlərlə yenidən yazılmıışdı, çünki qrup yalnız bir akustik konsert vermək istəmirdilər. Bu qeydlər 2004-cü ildə 12:5 adıyla yayımlandı. Albom ümumi olaraq tək bir albom kimi bəyənildi ancaq müəyyən bir seqment tərəfindən isə köhnə mahnıların yenidən tənzimlənməsi istiqamətiylə tənqid olunmuşdu.
Qrup 2003-cü ildə o zamana qədərki ən ciddi işlərinə başladı. Gildenlöw qrupa kömək olsun deyə «The Orchestra of Eternity» adlı bir klassik musiqi alətlərində ibarət olan bir orkestr qurdurdu.
Albom sentyabr ayında yayımlandı. Mahnılar latınca adlara sahib idi, «The Orchestra of Eternity» albom hazırlığında istifadə olundu, orta əsr musiqilərindən kilsə musiqilərinə bir çox tərz mahnı yer aldı bu albomda və qrupun hazırladığı «Allahın telefonuna buraxılan mesajlar» mövzulu bir yarışma nəticəsində seçilən dinləyici mesajları albomda yar aldı. Bu böyük konsept qrupun dinləyənlərini ikiyə böldü. Bəziləri çox təcrübi hesab etdikləri üçün bəyənmədi ancaq bir qisimi isə musiqi tarixinin ən əhəmiyyətli işlərindən biri olaraq albomu qəbul etdi.
"BE" albomundan sonra qrup Amerikada bir daha konsert vermək qərarına gəldi. Gildenlöw, Amerikan vətəndaşı olmayanların barmaq izinin alınmasını fərdi hüquqların pozulması olaraq görməsi səbəbilə bu vəziyyətə etiraz edirdi. 2006-cı ildə qrupun bas gitaristi Kristoffer Gildenlöw qrupdan ayrıldı. Qrup üzvləri İsveçdə yaşayırdı, onun Hollandiyada yaşaması və məşqlərin bir qisiminə gəlməməsi nəticəsində qrupla yolları ayrılan Gildenlöw'ün yerinə böyük qardaşı Daniel Gildenlöw, yeni albom hazırlığında gitaradan əlavə bas gitara çaldı.
2007-ci il 22 yanvar tarixində yeni albom "Scarsick" yayımlandı. Albom "The Perfect Element" albomunun devamıydı. Albom "BE" qədər olmasa da yenə təcrübi işləri əhatə edirdi. 2007-ci ilin martında isə yeni bas gitarist olaraq Simon Andersson qrupa daxil oldu. 2007-ci ilin Aprelində isə vurma alət ifaçısı Johan Langell ailəsinə vaxt ayıra bilmədiyi üçün qrupdan ayrıldı. Qrupa vurma alət ifaçısı olaraq Leo Margarit daxil olduqdan sonra Simon Andersson qrupdan ayrıldı, hal-hazırda qrup session bir bas gitarist ilə konsertlərinə davam edir.